Lavrov: “Türkiyə ilə olan böhran Rusiya-Azərbaycan münasibətlərinə təsir etməyib”
Bizi izləyin

Nida.az

Lavrov: “Türkiyə ilə olan böhran Rusiya-Azərbaycan münasibətlərinə təsir etməyib”

"Türkiyə ilə olan münasibətlər Rusiya-Azərbaycan münasibətlərinə təsir etməyib".

Publika.az xəbər verir ki, bunu Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmdəyarovla keçirdiyi birgə mətbuat konfransında bildirib.

S.Lavrov deyib ki, ölkəsinin Türkiyə ilə əlaqələrində yaranmış böhran Rusiya-Azərbaycan münasibətlərinə təsir etməyib: "Azərbaycanla Rusiya arasında səmimi və qonşuluq əlaqələri vardır. Hazırda da iki ölkə arasında əməkdaşlıq ən yüksək səviyyədə davam edir. Türkiyə ilə də münasibətlərdə son günlər yeni mərhələ yaşanır. Biz Soçidə Türkiyənin xarici işlər naziri ilə görüşümüz zamanı da iki ölkə arasındakı böhranın səbəblərini və kökünü müzakirə etmişik. Düşünürəm ki, Türkiyə-Rusiya münasibətlərində böhran aradan qalxacaq. Bölgədə nə qədə problem az olsa, bu Rusiya, Türkiyə və Azərbaycan üçün faydalı olar".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm