• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Sabah Xəzəryanı dövlətlərin xarici işlər nazirləri görüşəcək

Sabah Xəzəryanı dövlətlərin xarici işlər nazirləri görüşəcək

"İyulun 13-də Astanada Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək".

Publika.az xəbər verir ki, bu barədə məlumatı Bakıda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiyalı nazir deyib ki, Xəzərin hüququ statusu ilə bağlı konvensiya tezliklə imzalanacaq.

S.Lavrov həmçinin qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinə məktubundan və Mövlud Çavuşoğlunun Soçi səfərindən sonra münasibətlərdə yaranan irəliləyiş ümumilikdə regiondakı münasibətlərə müsbət təsir edəcək: "Bu irəliləyiş Suriya məsələsinin həllinə də töhfə verəcək. Rusiya ilə Türkiyənin bu məsələdə mövqeyi üst-üstə düşmür. Lakin çalışacağıq ki, daha səmimi danışaq, razılaşmalarımızda səmimi olaq, BMT Qətnamələrini icra edək".

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>