Millət vəkili: “Rusiya qarşısında bizi təkbaşına buraxmaq qəribə məntiqdir”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Rusiya qarşısında bizi təkbaşına buraxmaq qəribə məntiqdir”

Millət vəkili: “Rusiya qarşısında bizi təkbaşına buraxmaq qəribə məntiqdir”

“Alternativ qaz təchizatı Avropaya lazımdırsa, güclərin qeyri- bərabərliyi şəraitində Rusiyanın təzyiqi qarşısında təkbaşına duruş gətirməsini yalnız Azərbaycanın üzərinə atmaq çox qəribə məntiqdir”.

Bu barədə millət vəkili Əli Məsimli Publika.Az -a açıqlamasında Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Azərbaycanla bağlı açıqlamasına münasibət bildirərkən deyib. Millət vəkili qeyd edib ki, Avropa Rusiya qazından tədricən imtina edib, alternativ mənbələr hesabına özünün qaza olan tələbatını ödəmək istəyir, həmin alternativ variantlardan biri də Azərbaycan qazıdır.

Ə. Məsimli hesab edir ki, bu məsələ real vəziyyəti və qüvvələr nisbətini nəzərə almaqla həll edilə bilər: “Avropa Azərbaycan qazından faydalanmaq istəyirsə, Azərbaycanı Rusiyanın təzyiqi qarşısında tək qoymamalıdır. ABŞ və Avropa ”Bakı-Tbilisi-Ceyhan” Strateji Neft Kəməri də daxili olmaqla, Türkiyə üzərindən qərbə yönəldilmiş bütün kəmərlərin etibarlı müdafiə sisteminin qurulmasında fikirdə, sözdə və işdə real nəticəsi görünən fəaliyyətə keçməlidir”.

Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Bolqarıstanın keçmiş Daxili İşlər naziri Çvetan Çvetanovun Avropa Birliyinin “Cənub axını” layihəsinə münasibəti ilə bağlı sualına cavabında bildirib ki, əgər Azərbaycan Rusiyanın təzyiqi qarşısında dayana bilsə, “Cənub axını” kəmərinin əvəzinə Azərbaycan qazı Avropa üçün daha əhəmiyyətli ola bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm