Kerrinin səfərinin detalları açıqlandı: Dağlıq Qarabağ, Suriya...
Bizi izləyin

Nida.az

Kerrinin səfərinin detalları açıqlandı: Dağlıq Qarabağ, Suriya...

ABŞ-ın dövlət katibi Con Kerri Moskvaya səfəri zamanı Rusiya hakimiyyətinə Suriya üzrə kəşfiyyat və operativ informasiyaların mübadiləsini həyata keçirməyi təklif edə bilər.

Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın "The Washington Post" nəşri yazıb.

Nəşrin yazdığına görə, Amerika tərəfi Suriya aviasiyasının yalnız humanitar və təxliyyə əməliyyatları ilə kifayətlənərək, müxalifəti bombalamaqdan imtina etməsi ilə bağlı Rusiyadan Dəməşqə təsir göstərməyi xahiş edəcək.

"The Washington Post" qeyd edir ki, mümkün razılaşma Vaşinqton və Moskvaya diqqəti İŞİD və "Ən-Nüsra" Cəbhəsi terror qruplaşmalarının hücumlarına cəmləməyə imkan verəcək.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbir iyunun 12-də bildirib ki, Kerri Suriyada baş verənlərdən əvvəlki kimi son dərəcə məyusdur. "O, Rusiyaya səfərin gedişatında müəyyən etmək istəyər ki, bu məsələ üzrə real müsbət irəliləyişi görmək olacaqmı? Kerri əmindir ki, irəliləyiş mümkündür", - Dövlət Departamentinin nümayəndəsi bildirib.

Qeyd edək ki, ABŞ dövlət katibinin Rusiya paytaxtına səfəri 14-15 iyulda olacaq. Kremldən bildirilib kimi, Con Kerri rusiyalı həmkarı Sergey Lavrov və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Putinlə Kerrinin son görüşü Moskvada martın 24-də olub və dörd saat davam edib.

Con Kirbi iyulun 11-də bildirmişdi ki, Kerri Moskvada Rusiyanın yüksək vəzifəli şəxsləri ilə görüşəcək. Dövlət katibinin səfərində Suriya, Donbas və Dağlıq Qarabağ münaqişələri ətrafında vəziyyətin müzakirə olunacağı bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm