Qazaxıstan xarici işlər naziri: “Xəzərin statusu üçün əlavə görüşlərə ehtiyac var”
Bizi izləyin

Nida.az

Qazaxıstan xarici işlər naziri: “Xəzərin statusu üçün əlavə görüşlərə ehtiyac var”

"Xəzər dənizinin hüquqi statusu üzrə konvensiyada həll olunmamış bir sıra məsələlər qalır. Bu məsələləri həll etmək üçün "Xəzər beşliyi" ölkələrinin əlavə görüşləri lazım olacaq".

Publika.az xəbər verir ki, bu barədə Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov deyib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Astanada keçirilən toplantısında diqqət konvensiyanın uyğunlaşdırılması üzərində fokuslanıb: "Biz dünən işə başladıq, iki sessiya keçirdik. Bu gün iki mühüm plenar iclas var və görüşlər olacaq. Əhəmiyyətli irəliləmə var, lakin bəzi məsələləri üzərində hələ işləmək lazımdır".

Y. İdrisov bütün nümayəndə heyətlərinin konstruktiv mövqe sərgilədiyini deyib.

"Tərəflər indiki məsləhətləşmələr çərçivəsində əlavə səy etməyə çalışacaq. Lakin görünür, sammitə qədər əlavə görüşlər lazım olacaq", - deyə o bildirib.

Qeyd edək ki, Xəzəryanı ölkələrin sammiti bu ilin payızında Astanada keçiriləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm