İlham Əliyev Fransa prezidentinə məktub göndərdi
Bizi izləyin

Nida.az

İlham Əliyev Fransa prezidentinə məktub göndərdi

Azərbaycan dövlət başçısı İlham Əliyev Fransa prezidenti Fransua Ollanda təbrik məktubu göndərib.

Publika.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Fransa ilə münasibətlərə böyük əhəmiyyət verir. Daim genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız ikitərəfli münasibətlərimizin dinamik və hərtərəfli inkişafının bariz nümunəsidir.

Biz həmçinin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinə son qoyulması, işğal edilmiş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa Respublikasının və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə nəticə verəcəyinə böyük ümidlər bəsləyirik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm