Nida.az
İqtisadiyyat Nazirliyinə tapşırıqlar verildi
Azərbaycan Prezidenti İlham Əliyev "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.
Sərəncamla müəyyən edilir ki, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində, 15.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.1-ci maddəsinin birinci cümləsində, 16.4-cü maddəsinin birinci cümləsində, 16.5, 16.11, 17.1-ci maddələrində, 17.4-cü maddəsinin birinci cümləsində, 17.5, 17.11, 18.2, 18.6, 19.2, 19.7, 20.3, 20.6, 23.1-ci maddələrində, 23.4-cü maddəsinin ikinci cümləsində, 24.2, 24.3, 24.6, 25.2, 25.4-cü maddələrində və 27.18-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Nazirlər Kabineti həyata keçirir; həmin qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini İqtisadiyyat Nazirliyi həyata keçirir; həmin qanunun 27.15-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI