Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçirilir
Bizi izləyin

Nida.az

Azərbaycan və Ukrayna prezidentlərinin görüşü keçirilir

Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenkonun Prezident İlham Əliyevlə görüşü başlayıb.

Publika.az xəbər verir ki, prezidentlərin təkbətək görüşündən sonra Ukrayna və Azərbaycan Prezidentləri Şurasının 5-ci iclası keçiriləcək.

Şuranın iclasının yekunu olaraq iki ölkə arasında mədəniyyət, humanitar, hava nəqliyyatı, gömrük və ticarət əməkdaşlığı sahələrində 2016-2020-ci illər üçün nəzərdə tutulan ikitərəfli sazişlərin imzalanacağı gözlənilir.

İmzalanma mərasimindən sonra prezidentlərin birgə bəyanatla çıxışı nəzərdə tutulur.

Bundan əlavə, prezidenti Pyotr Poroşenkonun Azərbaycandakı Ukrayna icması ilə də görüşü gözlənilir.

Qeyd edək ki, iki günlük səfər çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenkonun Azərbaycanın baş naziri Artur rasi-zadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm