Nida.az
Qarabağ münaqişəsi ilə bağlı MƏXFİ SAZİŞ
Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ətrafında
gizli saziş var.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın
"Çorort İşğanutsyan" qəzeti yazıb.
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda tərəflərin
münaqişənin həllinə çox yaxın olduğuna dair səsləndirdiyi fikirlərə
diqqət çəkən qəzet qeyd edir ki, əgər Lavrov bunu deyirsə, deməli
iyulun 20-də Sankt-Peterburq İlham Əliyevlə Serj Sarkisyan arasında
həqiqətən ciddi saziş əldə olunub: "Lavrov detalları açmayacağını
bildirib, çünki bu, "xüsusi sazişdir". Əgər danışıqlarda heç bir
irəliləyiş olmasaydı, onda heç nə gizli saxlanılmazdı. "İki tərəf
danışıqların davam etdirilməsi barədə razılığa gəliblər" tipli
bəyanat verilərdi. Deməli, danışıqlarda irəliləyiş olduğu üçün
detallar gizli saxlanılır".
Məqalədə deyilir ki, Ermənistan ərazilərin qaytarılması əvəzində
Qarabağın müstəqilliyini, Azərbaycan isə ərazi bütövlüyü
çərçivəsində "öz müqəddəratını təyin etmə" prinsipini irəli sürə
bilər.
"Sual yaranır ki, hansı irəliləyişdən söhbət gedə bilər? Azərbaycan
Qarabağın müstəqilliyinə razı olmayacaq, xüsusilə qalib gəldikləri
aprel müharibəsindən sonra. Ermənistan da Azərbaycanın tərkibində
muxtariyyətlə razılaşmayacaq. Burada diqqət çəkən məqam Lavrovun
Bakıda Qarabağla bağlı ümidli açıqlamasından sonra elə həmin gün
Sarkisyanın "indi bütün dünya Qarabağ əhalisini Azərbaycanın bir
hissəsi olmağa inandıra bilməyəcək" açıqlamasıdır. Bu, Rusiyanın
Dağlıq Qarabağı Azərbaycanın tərkibinə verməyə çalışmasına
mesajdır", - deyə qəzet yazıb.
"Çorort İşğanutsyan" münaqişə ətrafında baş verənlərlə bağlı iki
versiya da irəli sürüb.
1. Uğur əldə etmək üçün tərəflər danışıqlar aparır.
2. Tərəflər bu gün tammiqyaslı müharibəyə daha yaxındır.
Asif
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı