Lavrov İrəvanda və Bakıda nədən danışıb? – Rusiya XİN açıqladı
Bizi izləyin

Nida.az

Lavrov İrəvanda və Bakıda nədən danışıb? – Rusiya XİN açıqladı

"Rusiya xarici işlər naziri Sergey Lavrovun bu yaxınlarda İrəvana, daha sonra Bakıya səfərləri əsasən Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına həsr olunub".

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib.

M. Zaxarova əlavə edib ki, Dağlıq Qarabağ üzrə növbəti danışıqların konkret nə vaxt keçiriləcəyi hələlik bilinmir.

"Lakin yenə də demək istəyirəm ki, münaqişənin nizama salınması ilə bağlı proses yalnız şəxsi görüşlərdə, danışıqlarda, yaxud səfərlərdə deyil, səfirliklər səviyyəsində və telefon söhbətlərində aparılır. Yəni Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı proses intensiv olaraq davam edir", - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm