Məxfi Qarabağ planının DETALLARI: Bakı...
Bizi izləyin

Nida.az

Məxfi Qarabağ planının DETALLARI: Bakı...

"Münaqişənin həlli ilə bağlı sənəd var və bu sənəddə Qarabağa müstəqillik yox, aralıq status verilir. Əvəzində beş rayon Azərbaycana qaytarılır".

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Çorort İşğanutsyun" qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

"Beş rayonun qaytarılmasından sonra sonra referendumla bağlı danışıqlar başlayacaq. Azərbaycan isə beş rayonun qaytarılmasından sonra iki rayonun da azad edilməsi şərtini irəli sürür", - mənbə qeyd edib.

Mənbə bildirib ki, Qarabağın "siyasi elitası" yaxın gələcəkdə mətbuat konfransı keçirərək, yaxud da mətbuata müsahibə verərək məsələ ilə bağlı danışacaqlar.

Qəzet onu da əlavə edib ki, İrəvan strateqləri vəziyyətdən çıxış yollarını axtarır. Çünki Ermənistandakı "Qarabağ klanı" hakimiyyətdə qalmaq üçün Qarabağ kartından istifadə etməyə davam edir. Lakin onlar növbəti dövrdə Serj Sarkisyan olmadan iqtidarı qurmaq istəyirlər. Hazırda daxildə kimin prezident olması uğrunda mübarizə gedir. "Qarabağ klanı" Sarkisyanı satqın elan edərək, taxtdan salmaq niyyətindədir. Sarkisyan isə qəbul olunmuş Qarabağ sənədindən kənara çıxa bilmir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm