• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Elmar Məmmədyarov Çavuşoğluna Qarabağla bağlı nə dedi?

Elmar Məmmədyarov Çavuşoğluna Qarabağla bağlı nə dedi?

"Türkiyəli həmkarımla keçirdiyimiz görüşlərdə iqtisadi, siyasi, mədəni, təhlükəsizlik və Dağlıq Qarabağla bağlı aparılan danışıqların səviyyəsi müzakirə olunub".

Publika.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda işgüzar səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgi mətbuat konfransında bildirib.

Nazir deyib ki, M.Çavuşoğlu bu gün səhər Azərbaycan Prezidenti tərəfindən də qəbul edilib. Onun sözlərinə görə, görüşlərdə ikitərəfli əməkdaşlıqla yanaşı, Dağlıq Qarabağ münaqişəsisinin həlli istiqamətində müzakirələr aparılıb: "Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət məqam yaranıb. Türkiyə regionda söz sahibi olan və Minsk qrupu üzvü ölkəsidir. Ona görə də biz görüşdə cənab Çavuşoğluna Dağlıq Qarabağla bağlı yaranan son vəziyyət barədə məlumat verdik".

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>