Nida.az
Maliyyə Sabitliyi Şurası yaradıldı
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında fərman imzalayıb.
Publika.az Ölkə iqtisadiyyatının əsas
prioritetlərindən olan qeyri-neft sektorunun inkişafında son illər
ərzində bir sıra mühüm nailiyyətlər əldə edilib. Aparılan iqtisadi
islahatlar nəticəsində iqtisadiyyatın diversifikasiyası bu sahənin
inkişafını təmin etməklə, onun ümumi daxili məhsulda xüsusi
çəkisinin əhəmiyyətli artımına səbəb olub, ölkəmizin beynəlxalq
aləmdə müsbət imici daha da möhkəmlənib, iqtisadi inkişafın
davamlılığı təmin olunub.
Bununla belə, son dövrlərdə istər regionda, istərsə də qlobal
iqtisadiyyatda təzahür edən proseslər, neft gəlirlərinin kəskin
azalması və mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və
maliyyə sabitliyinə öz təsirini göstərir. Dünyada cərəyan edən
iqtisadi proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və
mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək
məqsədilə iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və
ölkədə müəyyən olunmuş iqtisadi islahatların əsas strateji
hədəflərinə uyğun olaraq, sistem xarakterli bir sıra tədbirlərin
həyata keçirilməsi qarşıda duran əsas prioritet vəzifələrdir.
Makroiqtisadi sabitliyin və milli iqtisadiyyatın rəqabət
qabiliyyətinin qorunub saxlanılması cari, orta və uzunmüddətli
perspektivdə ölkə iqtisadiyyatı üçün mövcud və potensial mənfi
təsirlərin qarşısının alınması istiqamətində qabaqlayıcı
tədbirlərin görülməsini vacib edir.
Qeyd olunan məqsədlərə nail olunması üçün əlverişli biznes və
investisiya mühiti, sahibkarlara öz hüquqlarını müdafiə etmək
imkanları yaradılmalı, bank sisteminin etibarlılığı artırılmalı,
sahibkarların maliyyə mənbələrinə çıxış imkanları sadələşdirilməli,
normativ hüquqi bazanın qabaqcıl beynəlxalq təcrübə və milli
iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməsi
təmin olunmalıdır.
Fərmanda qeyd olunur ki, ölkənin makroiqtisadi sabitliyinin daha da
möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu
sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi, habelə
səmərəli tənzimləmə və hüquqtətbiqetmə praktikasına nail olunması,
makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə
aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi
Şurası (bundan sonra – Şura) yaradılsın:
Şuranın sədri
Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri
Şuranın üzvləri:
Natiq Əmirov – Azərbaycan Respublikası Prezidentinin İqtisadi
islahatlar üzrə köməkçisi
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat
naziri
Elman Rüstəmov – Azərbaycan Respublikası Mərkəzi Bankının sədri
Rüfət Aslanlı – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına
Nəzarət Palatasının Direktorlar Şurasının sədri
Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun
icraçı direktoru.
Şuranın cari fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi
yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi
Azərbaycan Mərkəzi Bankına tövsiyə edilir.
Müəyyən edilir ki, bu fərmanın 4.1-ci və 4.2-ci bəndlərində nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi işinə Şura tərəfindən yerli
və xarici ekspertlər, mütəxəssislər, beynəlxalq təşkilatlar və elmi
müəssisələr cəlb oluna, müxtəlif dövlət orqanlarının və maraqlı
tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə
işçi qruplar yaradıla bilər.
Şuraya bir ay müddətində ölkədə maliyyə-kredit sektorunun mövcud
vəziyyətini təhlil etmək, habelə qanunvericilik bazasının
ekspertizasını həyata keçirmək, maliyyə sabitliyinin tənzimlənməsi
sahəsində qabaqcıl beynəlxalq prinsip və standartlar əsas
götürülməklə gələcəkdə yarana biləcək təhdidlərin qarşısının
alınması, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin
edilməsi ilə bağlı baxışa, orta perspektivdə atılacaq addımlara və
icra mexanizmlərinə dair təkliflərini hazırlayıb Azərbaycan
Prezidentinə təqdim etmək; makroiqtisadi və maliyyə sabitliyinin
təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirməklə
bu barədə Azərbaycan Prezidentinə hər rübdən sonrakı ayın 30-dək
məlumat vermək tapşırılıb.
Nazirlər Kabinetinə isə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş hallarda Şuranın müraciəti əsasında maliyyələşdirməni təmin etmək; bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO