Prezident Komissiyanın tərkibini dəyişdi
Bizi izləyin

Nida.az

Prezident Komissiyanın tərkibini dəyişdi

Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 146 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda aşağıdakı dəyişikliklər edilir:

- Həmin sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Sənədlərin Ekspertizası və Arxiv İşi üzrə Mərkəzi Ekspert Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilsin:

"Komissiyanın sədri

Süleyman İsmayılov

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Sənədlərlə və vətəndaşların

müraciətləri ilə iş şöbəsinin müdiri

Komissiyanın üzvləri:

Fatma Abdullazadə

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Humanitar siyasət məsələləri

şöbəsinin müdiri

Fuad Ələsgərov

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş

şöbəsinin müdiri

Şahin Əliyev

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Qanunvericilik və hüquq

ekspertizası məsələləri şöbəsinin müdiri

Eldar Nuriyev

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri

Tələt Məcidov

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Kadr məsələləri şöbəsinin müdiri

Səadət Yusifova

Azərbaycan Respublikası Prezidentinin

Administrasiyasının Siyasi təhlil və informasiya

təminatı şöbəsinin müdiri

Azər Əmiraslanov

Azərbaycan Respublikası Prezidentinin iqtisadi

islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye

məsələləri şöbəsinin müdiri

Mail Rəhimov

Azərbaycan Respublikasının iqtisadi siyasət

məsələləri üzrə Dövlət müşavirinin xidmətinin İqtisadi

siyasət məsələləri şöbəsinin müdiri

Əli Hüseynov

Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin

müavini

Ataxan Paşayev

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm