Türkiyə üçün “ölüm siyahısı”, keçmiş “qardaşlar”ın qiyam qorxusu... GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

Türkiyə üçün “ölüm siyahısı”, keçmiş “qardaşlar”ın qiyam qorxusu... GÜNÜN SİYASİ XÜLASƏSİ

Son üç gün olduğu kimi bu gün də medianın diqqətindəki əsas hadisə Türkiyədəki hərbi çevrilişə cəhd idi. Əməliyyat və həbslər gün ərzində davam etdi. Son vaxtlar tez-tez radikalların hücumuna məruz qalan Qazaxıstan bu gün növbəti dəfə sarsıldı. Daha bir post-sovet ölkəsi olan Ermənistanda isə Sarkisyanın istefası tələbləri getdikcə daha ucadan səslənir.

Ermənistanda qiyam

İrəvanda dünən başlanan qiyam bu gün də davam edib.

İrəvanın Erebuni rayonunda silahlı şəxslərin polis patrul alayını ələ keçirməsi ilə əlaqədar saxlanılanlardan 50 nəfər bu gün azadlığa buraxılıb. Azadlığa buraxılanlar arasında siyasi fəallar David Sanasaryan, Andria Qukasyan və Şaen Artünyan da var.

Hazırda onların əlində 5 polis qalıb. Polis rəisləri Varten Yeqiazaryan və Valeri Osipyan da girovların arasındadır. Qiyamçılar təcili yardım maşınının sürücüsünü də azad ediblər.

Polis bölməsini tutan silahlı dəstənin rəhbərlərindən biri Varujan Avetisyan prezident Serj Sarkisyanın istefası tələbindən geri çəkilmədiklərini deyib. Qiyamçıların digər tələbi "Yeni Ermənistan" ictimai təşkilatının rəhbəri Jirayr Sefilyanın azad edilməsidir.

Almatıda ara qarışdı

Qazaxıstan Daxili İşlər Nazirliyinin Almatı şəhəri Almalinsk rayonu bölməsinin ətrafında atışma baş verib. Atışma zamanı üç polis və bir mülki şəxs həlak olub. Almatı terrorizmlə mübarizə üzrə operativ qərargahından bildiriblər ki, cinayətkarlardan biri həbs edilib, ikincinin axtarışı elan edilib.

Yeddi polis xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Almatı terror təhlükəsinin ən yüksək səviyyəsi elan olunub. Bəzi məlumatlara görə, cinayətkar qeyri-ənənəvi dini cərəyanın tərəfdarıdır.

Con Kerri : "Türkiyə NATO-dan çıxarıla bilər"

ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, Türkiyənin demokratik dəyərlərə zidd hərəkətləri ölkənin NATO-dan çıxarılmasına səbəb ola bilər.

"The Independent" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Con Kerri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə birgə keçirdiyi mətbuat-konfransında deyib. O həmçinin qeyd edib ki, ABŞ "Türkiyəyə seçilmiş hakimiyyətinin tərəfindədir".

Eyni zamanda Kerri vurğulayıb ki, ABŞ Türkiyəni "demokratiya institutlarına hörməti və qanunun aliliyini ən yüksək səviyyədə saxlamağa" çağırır.

"Biz, əlbəttə ki, çevrilişə cəhd edənlərinin qanunla cəza almasının tərəfdarıyıq, lakin biz bunun çərçivəsindən çıxılmasından narahatıq" - deyə dövlət katibi əlavə edib.

Çevriliş planını ABŞ kəşfiyyatı hazırlayıb – ŞOK İDDİA

"15 iyul dövlət çevrilişinə cəhdə görə həbs olunan hərbçilərin xilası üçün ABŞ, Avropa Birliyi və İsrail dövriyyəyə girib".

Bu barədə türkiyəli yazar Taha Dağlı yazıb.

"İsrail də Qərb dünyasındakı çevriliş şəbəkəsinə daxildir. Bu şəbəkə "əgər çevriliş uğurlu olsaydı, biz Türkiyədəki xunta ilə razılığa gələrdik" deyir. Məsələ açıqdır. Bu çevrilişə cəhdi gülənçilər etdi, planı isə CİA qurdu. Qərb də "çevriliş gəlir" deyə sevindilər", - deyə o bildirib.

İncirlikdə hazırlanan "ölüm siyahısı" – Türkiyədə 1000 bomba partlamalı idi – ŞOK PLAN

Hərbi çevriliş cəhdində iştirakda ittiham olunaraq həbs edilən Hataydakı 39-cu mexaniki piyada diviziyasının komandiri, general Hasan Polat məlum hadisədən əvvəl İncirlik bazasında amerikalılarla görüşüb.

"Yeni Şafak" nəşrinə istinadən xəbər verir ki, generalın amerikalılarla 12 dəfə görüşdüyü ortaya çıxıb.

İddiaya görə, Fəthullahçı Terror Təşkilatı/Paralel Dövlət Quruluşu (FETÖ/PDY) ilə amerikalılar hərbi çevrilişin müvəffəqiyyətli olması üçün öldürülməsi lazım olan şəxslərin sayını belə planlaşdırıblar. Qeyd olunur ki, hərbi çevriliş cəhdinin İstanbul və Ankarada müvəffəqiyyətli olacağı halda bir "vəhşilik planı" tətbiq edilməli idi. Bildirilir ki, Anadolu şəhərlərinin mərkəzi yerlərində minə yaxın bombanın partladılması planlaşdırılırdı. Yaranacaq xaos və qarışıqlıqdan faydalanmağı düşünən qiyamçılar vilayətlərin mərkəzlərini ələ keçirməli idi.

Türkiyədə 100-dən çox general və admiral saxlanıldı

Türkiyə təhlükəsizlik gücləri hərbi çevrilişə uğursuz cəhdlə bağlı araşdırmalar çərçivəsində 103 general və admiralı saxlayıb.

Məlumata görə, hərbi çevriliş planın bir nömrəli adı olan Hava Qüvvələriin keçmiş komandiri Akın Öztürkün də aralarında olduğu 27 general və admiraldan ifadə alınanaraq işləri məhkəməyə göndərilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm