• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Siyavuş Novruzov: “Onlar özlərini biabır etdi”

  • Nida.az
  • 19 İyul 2016 13:22
  • 1 256 Baxış
Siyavuş Novruzov: “Onlar özlərini biabır etdi”

"İndi Azərbaycanda digər ölkələrdəki kimi, sabitliyin pozulmasına səbəb olan hər hansı təhlükə ehtimalı mövcud deyil".

Bunu Publka.az-a hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

YAP-çı deputat bildirib ki, Azərbaycanda Türkiyədə baş verən hadisələrin oxşarı ola bilməz. Onun sözlərinə görə, Azərbaycan hüquqi dövlətdir və hakimiyyət idarəetmə sistemində qanunun aliliyi hər zaman qorunur.

S.Novruzov qeyd edib ki, zor gücünə hakimiyyətə gəlmək indi dünya tərəfindən qəbul edilməyən normadır: "Hakimiyyətə gəlməyin yeganə yolu seçkidir. Azad, ədalətli və demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmək olar. Azərbaycanda da bu yolla kim istəyirsə, buyurub gəlsin.

Azərbaycanda ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra bu cür demokratik normalar və prinsiplər başladılaraq möhkəmlənib. Bununla da ölkədə tez-tez baş verən dövlət çevrilişi xəstəliklərinə son qoyulub. Bu baxımdan da əgər bu gün kimlərsə ötən əsrin 90-cı illərində ənənə halını almış dövlət çevrilişlərinin qaytarılmasını arzu edirsə, elə bu arzu olaraq da qalacaq".

Komitə sədri vurğulayıb ki, hakimiyyətə demokratik yolla gəlmək istəyən qüvvələr ilk növbədə xalqın etimadını qazanmalıdır: "Bundan əlavə, onlar seçkilərdə iştirak edib səs qazanmalı, öz üzərilərində daim işləməli, təşkilatını fəallaşdırmalıdırlar. Ancaq çox təəssüf ki, bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasından savayı belə güc yoxdur. Çünki onların hamısı özlərini biabır edən qüvvələrdir. Həmin qüvvələri Azərbaycan xalqı yaxşı tanıyır. Ona görə də Azərbaycan xalqı indiki iqtidarı dəstəkləyir. İndi Azərbaycanda xalqla iqtidar arasında güclü birlik vardır. Bu birlik isə Azərbaycan dövlətinin inkişafını, demokratik və təhlükəsizlik sisteminin möhkəmlənməsini təmin edən əsas amillərdir".

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR