Həmsədrlərin Ankara görüşü təxirə salındı
Bizi izləyin

Nida.az

Həmsədrlərin Ankara görüşü təxirə salındı

ATƏT-in Minsk qrupunun həmsədrləri Türkiyədə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı görüşü təxirə salıb.

Publika.az xəbər verir ki, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.

"Qarabağ münaqişəsinin nizama salınası üzrə Türkiyədə keçirilməsi planlaşdırılan görüş təxirə salınıb. İndi biz növbəti görüşün tarixini müzakirə edirik", - deyə amerikalı həmsədr bildirib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Minsk qrupu həmsədrlərinin iyulun 18-də Ankaraya səfər edəcəklərini, Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesi haqda Türkiyə tərəfindən məlumat verəcəklərini açıqlamışdı.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm