Ermənistandakı qiyam Bayram Səfərovu dilə gətirdi: "Onlar Qarabağı..."
Bizi izləyin

Nida.az

Ermənistandakı qiyam Bayram Səfərovu dilə gətirdi: "Onlar Qarabağı..."

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov son günlər Ermənistanda baş verən hadisələrə münasibət bildirib.

Publika.az xəbər verir ki, B.Səfərov jurnalistlərə açıqlamasında düşmən ölkədə yaranan xaosun günahkarlarının Ermənistan hakimiyyəti olduğunu söyləyib.

B.Səfərov deyib ki, bu gün Ermənistan əhalisi içərisində ağıllı düşünən adamlar var: "İndi həmin adamlar bir az cürətlənərək, haqq, ədaləti demək istəyirlər. Bu gün Ermənistan əhalisinin böyük əksəriyyəti mövcud hakimiyyətin idarəçiliyindən və təzyiqlərindən cana yığılıb. Erməni əhalisi son çıxış yolunu ələ silah alıb hakimiyyət nümayəndələrini girov götürməkdə görərək bunu ediblər. Bütün bunlar Ermənistan həm də Ermənistan əhalisinin iqtidarla bir olmamasını nümayiş etdirir".

B.Səfərov həmçinin qeyd edib ki, Ermənistanda baş verən bu hadisələr Dağlıq Qarabağ münaqişəsinin həlli istiqmətində aparılan danışıqlar prosesini poza bilməz: "Əgər Ermənistan tərəfi ölkədə baş verən nümayişlərin qarşısını almaq üçün cəbhə xəttində təxribata əl atarsa, Azərbaycan Ordusu bunun cavabını layiqincə verəcək. Digər tərəfdən isə mən inanmıram ki, ermənilər təxribata yenə də cəhd etsinlər. Aprel hadisələri onlara dərs olub. Ermənilər Azərbaycan əsgərinin necə cəsarətli və hazırlıqlı olduğunu aprel döyüşləri zamanı görüb. Bu gün Azərbaycan əsgərini bir işarə lazımdır ki, Ermənistan hərbiçilərini darmadağın etsin. Əgər Ermənistan tərəfi cəbhə xəttində yenə də təxribata əl atacaqsa, Azərbaycan Ordusu yenə də onları yerində oturdacaq".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm