“Guya Etibar Hüseynov özü Bakıda doğulub?!”
Bizi izləyin

Nida.az

“Guya Etibar Hüseynov özü Bakıda doğulub?!”

“Bakıda rusların, ermənilərin mədəniyyət formalaşdırmağını bəziləri qana-qana deyir, bəziləri qanmaya-qanmaya. Rüstəm İbrahimbəyov öyrədilmiş şəkildə, əvvəlcədən Azərbaycana xüsusi missiya ilə göndərilmişdi və sonra da çıxıb getdi. İbrahimbəyov xüsusi təy

“Bakıda rusların, ermənilərin mədəniyyət formalaşdırmağını bəziləri qana-qana deyir, bəziləri qanmaya-qanmaya. Rüstəm İbrahimbəyov öyrədilmiş şəkildə, əvvəlcədən Azərbaycana xüsusi missiya ilə göndərilmişdi və sonra da çıxıb getdi. İbrahimbəyov xüsusi təyinatlı emisar idi. Amma arzulamazdım ki, millət vəkili Etibar Hüseynov o cür acıqlama versin və sonra da gəlib üzr istəmək zorunda qalsın”.

Bu sözləri BAXCP sədri Qüdrət Həsənquliyevin mediaya müsahibəsini statusa çevirən sədr müavini Niyaməddin Orduxanlı sosial şəbəkədə paylaşıb.

Q.Həsənquliyev daha sonra bildirib ki, Etibar bəy əvvəlcə üzr istəməyəcəyini bildirib: “Etibar bəy də, mən də, o cümlədən, Azərbaycanın siyasi elitasında və cəmiyyətin önündə olan şəxslərin 90-95%-i bölgələrdən gələn insanlardır. Guya Etibarın özü Bakıda anadan olub? O da Şəmkir bölkəsindəndir. Bakıda doğulanların da içində tərbiyəsiz, əxlaqsız adamlar var. Azərbaycanın hər bölgəsində bu cür insanlar var: mədəni səviyyəsi aşağı olan da var, yuxarı olan da. Misal üçün deyirəm, kənd yerlərində o qədər ağbirçək, abırlı həyalı, namuslu qadınlarımız, ağsaqqal kişilərimiz var ki! Bu adamlar öz mədəniyyəti ilə, əxlaqı ilə seçiliblər. Mən birinci gündən bu tipli acıqlamaları rədd etmişəm! Bu, bizim milli birliyimizə, bütövlüyümüzə xələl gətirən açıqlamadır".

Xatırladaq ki, millət vəkili Etibar Hüseynov Bakı mədəniyyətindən danışarkən, qarabağlıları və köçkünləri təhqir etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm