Rusiya və Türkiyənin yeni PLANI: Ermənistan dağıdılır, Qarabağsa... – PROQNOZ
Bizi izləyin

Nida.az

Rusiya və Türkiyənin yeni PLANI: Ermənistan dağıdılır, Qarabağsa... – PROQNOZ

"Ermənistanda baş verənlər siyasi idarəçiliyin əxlaqsız davranışlarından qaynaqlanır".

Publika.az xəbər verir ki, bu barədə siyasi yazar Naira Ayrumyan "lragir.am" saytında yayımlanan məqaləsində yazıb.

Lakin N.Ayrumyan hadisələrin geosiyasi proseslərlə bağlı olduğunu iddia edib.

"Ermənistan ətrafında şərait sürətlə dəyişir. Türkiyədə çevriliş cəhdindən sonra üç aylıq fövqəladə vəziyyət elan olundu. Bunun fonunda Azərbaycan türkiyəli hərbiçiləri öz ərazisində yer vermək qərarına gəldi. Bu bütövlükdə Qarabağ münaqişəsi zonasında və Cənubi Qafqazda vəziyyəti dəyişdirir. İndiyə qədər Türkiyə NATO-nun razılığı olmadan belə addım atmırdı. İndi isə Ankara azad hərəkət edir. Buna paralel olaraq Rusiyanın Ermənistanla birgə hərbi birlik yaratmaq qərarı da diqqət çəkir. Əslində bir çox ekspert bunu Rusiyanın Ermənistan ordusunu zəbt etməsi kimi qiymətləndirir", - deyə məqalədə bildirilir.

Müəllif qeyd edir ki, Türkiyənin Cənubi Qafqazda güclənməsi Azərbaycanın maraqlarına uyğundur: "Xüsusilə bu, Türkiyənin bölgədə güclənməsinə Rusiyanın da dəstək verməsi diqqət çəkir. Perspektiv Ermənistan üçün yaxşı heç nə vəd etmir. Bu proses Dağlıq Qarabağın və digər ərazilərin Azərbaycana qaytarılması ilə nəticələnəcək. Lakin hər şey bununla bitməyəcək. Burada Ermənistanın dövlət kimi yox olmasının da işartıları görünür".

N.Ayrumyan bu siyasi proseslər fonunda Ermənistanda baş verənlərin təsadüfi olmadığını vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm