Türkiyə səfiri: "Azərbaycan qiyam zamanı..."
Bizi izləyin

Nida.az

Türkiyə səfiri: "Azərbaycan qiyam zamanı..."

"Türkiyə Cümhuriyyəti içərsində mövcud olan Fətullahçı terror təşkilatına bağlı olan hər bir adam ifşa edilərək, cəzalandırılacaq".

Publika.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdlə bağlı Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Səfir deyib ki, 15 iyul hadisələri Fətullahçı terror təşkilatının törətdiyi cinayət əməllərinin ən yüksək zirvəsi olub: "Əmin olun ki, Türkiyə Fətullahçı terror təşkilatından tamamilə təmizlənəcək. Bu günə qədər bu terror təşkilatı Türkiyənin inkişafına və vətəndaşların iradəsinə qarşı olub, zaman-zaman təxribatlar, cinayətlər törədiblər. Ona görə də cənab prezident Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, Türkiyə daxilində bir nəfər belə Fətullahçı terror təşkilatına bağlı adam qalmayacaq".

Səfirin sözlərinə görə, Türkiyədə fövqəladə vəziyyətin elan edilməsində məqsəd məsum şəxslərin azadlıqlarını məhdudlaşdırmaq, onlara əlavə çətinliklər yaratmaq deyil: "Vətəndaşlar və ya Türkiyəyə səyahət planlaşdıran şəxslər bundan narahatlıq keçirilməməlidir. Heç kimin bu məsələ ən kiçik narahatlığı belə olmamalıdır".

Səfir Fətullahçı terror təşkilatının Azərbaycanda da bağlantılarının olduğunu istisna etməyib: "Əgər Azərbaycan tərəfi müraciət edərsə, Türkiyə olaraq biz Fətullah Gülənin başında dayandığı terror qüvvələrinin bağlantıları ilə bağlı kömək etmıyə hazırıq. Bu terror təşkilatı Türkiyədə qardaş qanı axıtdı. Bəzən bu adamları Türkiyə Silahlı Qüvvələri kimi təqdim edirlər. Ancaq bunlar Türkiyə Silahlı Qüvvələri deyil idi. Onlar hərbi formada gizlənən Fətullahçı terror təşkilatı, ağlını itirmiş bir mikrob idilər".

O bildirb ki, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan dövləti Türkiyə xalqının yanında olduğunu səmimi şəkildə bəyan edib: "Mən buna görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkür edirəm. Qardaş Azərbaycan dövləti kimi, digər ölkələr də Türkiyə xalqının yanında olduğunu nümayiş etdirib. Həmin gecə Fətullahçı terror təşkilatı tərəfindən 80 milyonluq Türkiyə Cümhuriyyəti vətəndaşlarının iradəsinə qarşı xain hücum oldu. Ancaq bu xain hücum uğur qazana bilmədi. Çünki onlara qarşı 80 milyonluq Türkiyə vətəndaşı çıxdı. Həmin vətəndaşlar demokratiya uğrunda və öz iradələrinə sahib çıxmaq üçün meydanlara toplanmışdı. Bu gün heç kəs düşünməsin ki, Türkiyə xalqı zəifləyib və sairə. Əksinə, bu gün Türkiyə dövləti və xalqı daha da güclənib və dimdik ayaqda dayanıb".

"Türkiyə əsla istəməz ki, 15 iyul hadisələrinin oxşarı qardaş Azərbaycanda da təkrarlansın. Türkiyə olaraq biz zaman-zaman bu istiqamətdə Azərbaycana məlumat veririk və bu bundan sonra da davam edəcək. İnanıram ki, Azərbaycan da öz növbəsində bu istiqamətdə müvafiq addımlar atacaq.

Ona da əmin olun ki, Fətullah Gülənə bağlı qüvvələr Azərbaycana təhdid yaradarsa, Türkiyə olaraq biz qardaş Azərbaycanın yanında olacağıq. Əminəm ki, Azərbaycan Türkiyədə baş verən hadisələrdən özü üçün nəticə çıxararaq, addımar atır", - deyə səfir bildirib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm