Konstitusiya Məhkəməsinin Referendum Aktının layihəsi ilə bağlı iclasının vaxtı açıqlandı
Bizi izləyin

Nida.az

Konstitusiya Məhkəməsinin Referendum Aktının layihəsi ilə bağlı iclasının vaxtı açıqlandı

Azərbaycan prezidenti tərəfindən Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası təyin olunub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclas iyulun 25-də keçiriləcək.

Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi Konstitusiya Məhkəməsinə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm