Azərbaycan üçün tarixi iclas başladı (YENİLƏNİR)
Bizi izləyin

Nida.az

Azərbaycan üçün tarixi iclas başladı (YENİLƏNİR)

Bu il iyulun 18-də Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunan "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasda "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsinə baxılır.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, plenumda hazırda 8 hakim iştirak edir. Daha sonra F.Abdullayev iclası açıq elan edib.

İclasda Azərbaycan Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev iştirak edir.

Şahin Əliyev çıxış edərək deyib ki, son hərbi əməliyyatlar da təsdiq etdi ki, bir çox silahlı birləşmələr ayrı-ayrılıqda fəal döyüş gücünə malik olurlar: "Burada söhbət sərhəd, daxili və ya hər hansı qoşun növlərindən getmir. Bütövlükdə hər bir silahlı birləşmə Ali Baş Komandana tabe olmalıdır. Ona görə də həmin silahlı birləşmələrin Azərbaycan Prezidentinə Ali Baş Komandan olaraq birbaşa tabe olması vacibdir".

Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edəcək.

Azərbaycan Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.

Xatırladaq ki, qanunvericiliyə əsasən, Prezidentin təkliflərinə mahiyyəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunda baxılmasına onun dərc olunduğu gündən, yəni iyulun 18-dən ən geci 7 gün keçənədək başlanmalıdır. Azərbaycan Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təklif ilə bağlı Konstitusiya Məhkəməsindən rəy almalıdır.

Məhkəmə Prezidentin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə dair rəy verməkdən imtina edə bilməz. Konstitusiya Məhkəməsi təklif olunmuş dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğunluğu haqqında əsaslandırılmış rəy qəbul edəcək.

Azərbaycan Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında referendum keçiriləcəksə, Konstitusiya Məhkəməsi rəyinin xülasəsi səsvermə bülleteninə daxil edilir.

Onu da bildirək ki, Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezidentə Milli Məclisi buraxmaq və növbədənkənar prezident seçkilərinin elan edilməsi səlahiyyətinin verilməsi, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi nəzərdə tutulur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm