Ali Sovetinin sabiq sədri referendumdan DANIŞDI
Bizi izləyin

Nida.az

Ali Sovetinin sabiq sədri referendumdan DANIŞDI

Azərbaycan Ali Sovetinin sabiq sədri, 1992-ci ildə Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra etmiş Yaqub Məmmədov Prezident İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə Konstitusiya Məhkəməsi Plenumunun əsaslandırılmış rəyinə münasibət bildirib.

Y.Məmmədov Publika.az-a açıqlamasında deyib ki, sözügedən dəyişiklik Azərbaycan dövlətini daha da inkişaf etdirəcək və gücləndirəcək.

Onun sözlərinə görə, Konstitusiyada dəyişiklik edilməklə vitse-prezident postlarının yaradılması da ölkə üçün faydalı olacaq: "Mən bütün bunları müsbət qiymətləndirirəm. Əvvəla, buna ehtiyac yarandığı üçün Konstitusiyaya dəyişiklik edilir. Kimsə buna nə isə deyə bilməz. İnanıram ki, bütün bunlar Azərbaycan dövlətini daha da gücləndirəcək. Ancaq vitse-prezidentlik postları yaradılan zaman elə edilməlidir ki, Nazirlər Kabineti onların səlahiyyətlərini təkrarlamasın. Yəqin ki, bunu da nəzərə alıblar".

Xatırladaq ki, bu il iyulun 18-də Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən Konstitusiya Məhkəməsinin rəyinin alınması üçün təqdim olunan "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi ilə bağlı bu gün Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirilib.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm