Əfşar Süleymani prezidentin İrana səfərindən DANIŞDI
Bizi izləyin

Nida.az

Əfşar Süleymani prezidentin İrana səfərindən DANIŞDI

Əfşar Süleymani prezidentin İrana səfərindən DANIŞDI

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfərinə münasibət bildirib.

Sabiq səfir Ə.Süleymani Publika.Az-a açıqlamasında deyib ki, bu səfər iki ölkə arasında əlaqələrin yeni istiqamətini müəyyənləşdirəcək.

Onun sözlərinə görə, prezident İlham Əliyevin İrana səfəri şəffaf danışıqların aparılmasına, ikitərəfli inamın yaradılmasına və güclənməsinə, ətraflı müzakirələrin aparılmasına, iqtisadi əlaqələrin güclənməsinə zəmin yaradacaq: “Bu səfər həm də regional əməkdaşlığın artırılmasına və İran vətəndaşlarının Azərbaycana sərbəst gediş-gəlişi üçün viza rejiminin sadələşdirilməsinə də öz töhfəsini verəcək.

Prezident İlham Əliyevin İrana ilk səfəri mənim səfir olduğum vaxta təsadüf edir. O zaman səfər çərçivəsində 14 saziş imzalanmışdı. Bu səfər isə prezident İlham Əliyevin İrana ikinci dövlət səfəridir.

Nəzərə çatdırım ki, İranda 8 il Mahmud Əhmədinejadın prezidentliyi dövründə İlham Əliyev tərəfindən bir dəfə də olsun İrana rəsmi səfər edilməyib. Yalnız bir dəfə səfər olub ki, bu da Xəzər dənizinin hüququ statusu ilə bağlı dövlət başçılarının Zirvə toplantısında iştirak olub”.

Diplomat həmçinin qeyd edib ki, İranın indiki dövlət rəhbərinin baxışı fərqlidir: “İndi İran beynəlxalq əlaqələrin güclənməsinə, o cümlədən qonşu dövlətlər və Azərbaycanla münasibətlərə çox önəm verir.

İran və Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvləridir. İran və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq müştərək məsələlərin və ortaq maraqların üzərində iki ölkənin xalqlarına, regionda sülhün və sabitliyin güclənməsinə yaxşı kömək edər.

İranla bu əməkdaşlıq həm də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına böyük töhfələr verə bilər. Bir daha deyirəm ki, İran və Azərbaycan arasında əlaqələrin güclənməsi və daha da möhkəmlənməsi ikitərəfli inamın və şəffaf əməkdaşlığın üzərindən keçir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm