Ermənistandan Qarabağ ETİRAFI: Türkiyə və Rusiya torpaqların qaytarılması üçün...
Bizi izləyin

Nida.az

Ermənistandan Qarabağ ETİRAFI: Türkiyə və Rusiya torpaqların qaytarılması üçün...

Türkiyə Ermənistanla münasibətləri düzəldir, əvəzində Qarabağı Azərbaycana qaytarırlar.

Publika.az xəbər verir ki, bu barədə Naira Ayrumyanın "Lragir" saytında yayımlanan məqaləsində deyilir.

Müəllif yazır ki, Ermənistanın həm daxili, həm də xaricində sürətli proseslər inkişaf edir və bu, həyəcan yaradır.

"Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanla münasibətlərin düzəlməsi ilə bağlı dünən səsləndirdiyi bəyanat göstərdi ki, Ankara 15 iyul çevriliş cəhdindən sonra da bu məsələni diqqətdə saxlayır. Lakin burada diqqətçəkən məsələ Türkiyənin bunu niyə Bakı ilə müzakirə etməsidir. Türkiyədə yeni hökumət qurulandan sonra qonşularla münasibətləri düzəltmək istiqamətində fəaliyyətə başlandı. İsrail və Rusiya ilə əlaqələr bərpa olundu. Ankara Rusiya ilə münasibətlərin düzəlməsində dəstəyə görə Azərbaycana təşəkkür etdi. Hesab etmək olar ki, Ermənistanla sərhədlərin açılması məsələsinə də Türkiyə yalnız Rusiya və Azərbaycanla ümumi maraqlar kontekstində yanaşır. Bura avtomatik olaraq Qarabağ da daxil olur. Görünür, ərazilərin qaytarılması ilə bağlı "Lavrov planı"nın həyata keçməsi erməni-türk sərhədinin açılmasının əsas şərtidir. Rusiya da Ermənistanı ərazilərin qaytarmağa dəvət edir", - deyə müəllif bildirir.

Məqalədə qeyd olunur ki, Qarabağın qaytarılması Rusiya-Türkiyə sövdələşməsinin bir hissəsidir: "Burada yeniliklər var və artıq söhbət bir neçə rayonun qaytarılmasından yox, bütövlükdə təhvil verilməsindən gedir".

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm