Amerikanın sevmədiyi azərbaycanlı jurnalist: “Bütün bədənimi tatuirovka edərdim, amma...”
Bizi izləyin

Nida.az

Amerikanın sevmədiyi azərbaycanlı jurnalist: “Bütün bədənimi tatuirovka edərdim, amma...”

Amerikanın sevmədiyi azərbaycanlı jurnalist: “Bütün bədənimi tatuirovka edərdim, amma...”

Avropa İttifaqının Rusiya ilə bağlı tərtib etdiyi “Maqnitskiy siyahı”nda daha bir azərbaycanlının adı salınıb.

Qeyd edək ki, bundan əvvəl siyahıya “Motrosskaya tişina” həbsxanasının rəisi Fikrət Həmdulla oğlu Tağıyev salınmışdı. Buna səbəbsə siyahının tərtib edilməsinə səbəb olan Sergey Maqnitskinin məhz bu azərbaycanlının rəhbərlik etditi həbsxanada ölməsidir.

Siyahıya əlavə edilən digər azərbaycanlı isə Rusiyanın birinci kanalının aparıcısı İradə Zeynalovadır. Zeynalovanın siyahıya düşmə səbəbi isə Rusiyanın Krımı işğal etməsini dəstəkləməsi və təbliğ etməsidir.
Publika.Az İradə Zeynalovanın həyatına dair bəzi maraqlı məqamları təqdim edir.

İradə Zeynalova 1972-ci ilin 20 fevralında Moskvada doğulub, milliyyətcə azərbaycanlıdır. O, orta məktəbi də Moskvada 6 nömrəli məktəbdə bitirib. Televiziyaya gəlişi 1997-ci ildən başlayır. Rusiyanın birinci kanalında müxtəlif verilişlər aparıb, London və Təl-Əviv bürosunun rəhbəri olub, 2012-ci ildən isə kanalın bazar günü verilişlərinin aparıcısıdır.

Onun televiziyaya gəlişi də maraqlıdır. Belə ki, o, 1995-ci ildə Moskva aviasiya-texniki institutunu bitirir. İxtisasca toz materiallarının mühəndis-texnoloqudur. Hətta bir müddət ona ixtisası “Samsung Aerospace” şirkətində çalışır. Lakin 1997-ci ildə televiziyaya təsadüfən praktika üçün gəlir. Dediyinə görə, həmişə jurnalist olmaq istəyirmiş. Ailədə atası da Rusiyada böyük məmur postunda çalışmasına baxmayaraq ixtisasca jurnalistdir.

Onun həyat yoldaşı Aleksey Samaletov da jurnalistdir. Timur adlı bir oğlu var. İ. Zeynalovanın kiçik bacısı Svetlana Zeynalova da birinci kanalda jurnalist kimi çalışır. İ. Zeynalov televiziya həyatında maraqlı hadisələrlə yadda qalıb.

Ən çox müzakirə olunansa onun canlı yayımda kadra girən balaca oğlanı əsəblə qovmasıdır.
İ. Zeynalovla bağlı maraqlı detallardan biri Leonardo Peltieranın ideyalarını dəstəkləməsidir. Söhbət Amerika hindularının hüquqlarını müdafiə edən, həmçinin zülm edilən Çili uşaqlarının müdafiəsi üçün imza toplayan Leonardodan gedir.

İ. Zeynalovanın arzuları da maraqlıdır. O hər kəs kimi kitab oxumağı sevsə də, kloun fiqurları toplamaqla diqqət çəkir. Özü də həmin fiqurların dünyanın müxtəlif yerlərindən gətirilənlərdir.

Ən maraqlısı isə İ. Zeynalovanın tatuirovka arzusudur. Özü deyir ki, məmnuniyyətlə bütün bədənini tatuirovka edərdi, amma atası buna icazə vermir. O böyüsə də, atasından hələ də çəkinir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm