Goranboya 2,2 milyon manat ayrıldı
Bizi izləyin

Nida.az

Goranboya 2,2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,2 milyon (iki milyon iki yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyi və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm