İsa Qəmbər Qubad İbadoğlu ilə Arif Hacılının arasında qalıb
Bizi izləyin

Nida.az

İsa Qəmbər Qubad İbadoğlu ilə Arif Hacılının arasında qalıb

İsa Qəmbər Qubad İbadoğlu ilə Arif Hacılının arasında qalıb

Müsavat Partiyasında başqanlıq yarışı qeyri-rəsmi olaraq başlayıb.

Publika.Az –n əldə etdiyi məlumata görə, hazırda Arif Hacılı öndədir. Belə ki, A. Hacılının bölgələrə səfəri başlayıb. Ötən bazar günü onun Cəlilabad rayonuna səfəri oldu. Məlumata görə, bu səfər partiya işi olmaqla yanaşı, həm də başqanlıq təbliğatıdır.

Bu aradan ötən həftə A. Hacılının sosial şəbəkələrdə “Müsavat mənim həyatımın layihəsidir! Həyatımın ən kamil və enerjili hissəsini bu partiyaya həsr etmişəm” statusu da diqqət çəkən idi. Statusa yazılan rəylər də A. Hacılının nəyə işarə etdiyini aydınlaşdırırdı.

Lakin A. Hacılının yolu maneəsiz deyil. Hazırda əsas maneə Tural Abbaslı və onun ətrafındakı gənclərdir. A. Hacılı Gənclər Təşkilatında sədr dəyişikliyinə nail olaraq bunu aradan qaldırmaq istəsə də, qarşı tərəf sona qədər dirənənə bənzəyir.

Ən ciddi rəqib isə Qubad İbadoğlu olduğu deyilir. A. Hacılının çəkindiyi namizəd də məhz odur.

Mənbə bildirir ki, son sözü deyəcək İsa Qəmbər Qubad İbadoğlu ilə Arif Hacılının arasında qaldığı üçün hələ qərarlını verə bilməyib. Qurultayın keçirilməsi vaxtının uzadılacağı da gözlənilir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm