Qarabağda müharibə: Sarkisyan iki səbəb görə silaha əl atır
Bizi izləyin

Nida.az

Qarabağda müharibə: Sarkisyan iki səbəb görə silaha əl atır

"Yaxın vaxtlarda Dağlıq Qarabağda müharibə başlaya bilər".

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Qrant Melik-Şahnazaryan deyib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyətində Qarabağın qaytarılması ilə bağlı rəylər meydana çıxıb: "Burada hakimiyyətin də rolu var. Görünür, müəyyən hazırlıq prosesi gedir. Bu məsələdə ən radikal mövqeyə sahib olan Jirayr Sefilyan və tərəfdarları bu məsələdən istifadə edərək qiyama başladı. Əgər həqiqətən də hansısa güzəştlərdən söhbət getmirsə, hakimiyyət bunu dəqiq şəkildə ifadə etməlidir. Lakin bunu etmirlər".

Erməni politoloq qeyd edib ki, ərazilərin qaytarılması məsələsi ən azından ekspertlər səviyyəsində müzakirə olunur.

Q. Şahnazaryan əlavə edib ki, 2 səbəbə görə Qarabağda müharibənin yenilənməsi ehtimalları güclənir:

1. Ərazilərin qaytarılması haqda yaranan rəylərin alt-üst edilməsi

2. Hazırda ölkədə yaşanan narazılığın söndürülməsi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm