Konqresmen: “Avqustda Elmar Məmmədyarov Con Kerri ilə görüşəcək”
Bizi izləyin

Nida.az

Konqresmen: “Avqustda Elmar Məmmədyarov Con Kerri ilə görüşəcək”

Avqustda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşləri keçiriləcək.

Publika.az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Kosta "news.am" saytına müsahibəsində deyib. "Mən bilirəm ki, avqustda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin Rusiya xarici işlər naziri Serqey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçiriləcək. Mənə deyiblər ki, Rusiya prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidentinə razılaşdırılmış prinsipləri təqdim edəcək" - deyə o, əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm