Nida.az
NATO Qafqazdan geri çəkilir, Qarabağda müharibə...
"Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsi ətrafında
müharibə alovlana bilər".
Publika.az xəbər verir ki, bu barədə almaniyalı
politoloq Aleksandr Rar deyib.
Onun sözlərinə görə, NATO Cənubi Qafqaz regionunda genişlənməyi
arzu edir, lakin Rusiya ilə müharibəni də arzu etmir: "NATO Rusiya
ilə vuruşmaq istəmir və onunla açıq qapı siyasəti aparır. Çünki
Rusiyanın iştirakı olmadan dünyanın sabit arxitekturasının yaratmaq
mümkün deyil. Lakin Ukraynada kəskinləşmə baş verir. Orada müharibə
alovlana bilər. Həmçinin, Dağlıq Qarabağda müharibə alovu genişlənə
bilər. Amma NATO-nun Qarabağ ətrafındakı proseslərdə rolunu
görmürəm. NATO yalnız Gürcüstanı tərkibinə qəbul etmək istəyir.
Təbii ki, Tiflis Moskva ilə ərazi mübahisəsini nə vaxt nizama
salsa, bu o zaman baş verəcək. Rusiya ilə mübahisənin sona
çatdırılması Abxaziyanın müstəqilliyinin tanınması ilə mümkün
görünür. Lakin Gürcüstan uzun illər buna getməyəcək".
Almaniyalı politoloq qeyd edib ki, NATO Cənubi Qafqaz regionuna
girə bilməyəcək: "Burada təhlükəsizlik məsələləri ATƏT çərçivəsində
həll olunur və Rusiya ilə əməkdaşlıq edilir. NATO buna düşmən
mövqedə yanaşır. Hesab edirəm ki, tezliklə Avropa Birliyi ilə
Avrasiya İttifaqı arasında dialoq başlanacaq. Avropa Şanxay
Əməkdaşlıq Təşkilatından (ŞƏT) üz çevirə bilmir. Almaniyada bu
ideyanın konsepsiyasının formalaşması üçün ciddi işçi qrupları
yaradılır. NATO indi diqqətini ərəb dünyasına və ola bilsin ki,
Cənubi Çin dənizində Çinlə mübarizəyə yönəldəcək. Lakin Amerikada
hakimiyyətə Donald Tramp gəlsə, onda dünyanın nizami ümumiyyətlə
yenilənmiş ola bilər. O, ABŞ prezidentliyinə namizədlər arasında
ilk şəxsdir ki, çoxqütblü dünyaya qorxunc çağırışlar kimi yox,
Amerika üçün reallıq kimi baxır".
Asif
-
İKT05:45
DİQQƏT! Şarj kabelləri vasitəsilə bank məlumatlarınızı oğurlaya bilərlər
-
Sosial03:19
Bakıda daha bir ərazidə evlər SÖKÜLƏCƏK - VİDEO
-
Sosial01:50
Əsgərliklə bağlı 4 vacib dəyişiklik - Tam siyahı
-
Yaxın Şərq01:25
Türkiyənin Suriyadakı səfirliyi fəaliyyətə başlayır
-
Qoroskop00:25
Günün qoroskopu: maraqlı tanışlıqlar və qeyri-adi təsadüflər ehtimal olunur
-
İKT13 Dekabr 22:26
Rusiyada bu messencer bloklandı
-
Ekologiya13 Dekabr 22:14
Naxçıvanda narıncı xəbərdarlıq verildi
-
İdman13 Dekabr 20:20
Messi gəncliyini gördüyü futbolçunun adını açıqladı