Nida.az
Ərdoğan üçün gələn killer, Türkiyə xəritədən silinir, Asiyanın “ürəyi”ndə savaş – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bu siyasi gündəmi məşğul edən bir sıra məsələlər oldu.
Xüsusilə Azərbaycan mediasına müsahibə verən Rusiya prezidenti
Vladimir Putinin açıqlamaları və avqustun 8-də Bakıda keçiriləcək
üçtərəfli görüşə hazırlıq diqqət çəkdi.
"Azərbaycanla Ermənistana hansısa resepti qəbul etdirməyə
çalışmırıq".
Bu barədə V. Putin Dağlıq Qarabağla bağlı sualı cavablandırarkən
deyib.
Onun sözlərinə görə, Rusiyanı Azərbaycan və Ermənistan ilə dərin
tarixi köklər, strateji xarakterli münasibətlər, coğrafi yaxınlıq
bağlayır. Buna görə də biz həqiqətən maraqlıyıq ki, qonşu regionda
sülh və asayiş yenidən bərqərar olsun, orada insanlar həlak
olmasınlar, sərhədlər açılsın, iqtisadi əlaqələr bərpa edilsin:
"Bunun üçün nə mümkündürsə edirik. Xatırladım ki, Rusiyanın birbaşa
köməyi ilə 1994-cü ilin mayında atəşkəs haqqında saziş imzalanıb və
bu saziş indiyə qədər atəşkəsin əsasını təşkil edir. 2008-ci ildə
Moskva Bəyannaməsinin qəbul edilməsi mühüm mərhələ oldu. Sənəddə
təsdiq edilib ki, münaqişənin tənzimlənməsinə yalnız siyasi yolla
nail olmaq mümkündür. Yeri gəlmişkən, bu, Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsinə dair Azərbaycan və Ermənistan
prezidentlərinin imzaladıqları ilk və hələlik yeganə sənəddir. Bu
il aprel ayının əvvəlində irimiqyaslı döyüş əməliyyatlarının
dayandırılmasında da məhz Rusiya həlledici rol oynayıb".
V. Putin qeyd edib ki, münaqişənin həllinə dair bu il iyunun 20-də
Sankt-Peterburqda keçirilən sonuncu sammitdə üstünlük təşkil edən
konstruktiv əhval-ruhiyyəni alqışlayırlar.
"Bəzən deyirlər ki, Rusiya Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı
fəaliyyəti inhisarlaşdırmağa, digər vasitəçiləri kənarlaşdırmağa
çalışır. Bu, yanlış təsəvvürdür. Rusiya Prezidentinin iştirakı ilə
Qarabağ mövzusuna dair üçtərəfli sammitlər, - onların sayı
iyirmidən çoxdur, - münaqişənin tənzimlənməsi üzrə ATƏT-in
həmsədrləri Rusiya, ABŞ və Fransa olan Minsk qrupunun səylərini
üzvü şəkildə tamamlayır", - deyə o bildirib.
Son illər ilk dəfədir ki, Vladimir Putinin Dağlıq Qarabağ məsələsi
haqda bu qədər geniş danışdı. Bu, münaqişənin həlli ilə bağlı ciddi
proseslərin getdiyindən xəbər verir.
Rusiya prezidenti Qarabağ məsələsini Ərdoğanla da müzakirə
edəcək.
Onların görüşü avqustun 9-da Sankt-Peterburqda keçiriləcək.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Türkiyə və Rusiya
prezidentlərinin görüşündə iki ölkə arasındakı münasibətlərin
bərpası istiqamətində ciddi müzakirələr aparılacaq: "Bundan başqa,
iqtisadi məsələlər də diqqət mərkəzində olacaq. Görüş zamanı
liderlər həm də Suriya da daxil olmaqla bölgədəki problemlərlə
bağlı fikir mübadiləsi aparacaqlar".
Türkiyə mediası isə yazıb ki, Ərdoğanla Putin arasında keçiriləcək
görüşdə regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi də müzakirə olunacaq.
***
Türkiyədə isə sular durulmur. 15 iyul çevriliş cəhdi ilə bağlı hər
keçən gün yeni detallar ortaya çıxır.
"Türkiyəni tutacaqlar, o xəritədən yox olacaq. Kürdlər və
ermənilər onun əraziləri alacaqlar".
Türkiyədə baş verən hadisələr fonunda yunan keşiş Paisiy
Svyatoqoreçin öncəgörmələri gündəmə gəlib.
1994-cü ildə vəfat edən keşiş tarixi belə
proqnozlaşdırırdı:
- Müharibə iki il yarım olacaq. Ruslar Türkiyəni tutacaqlar. O
xəritədən silinəcək. Türklərin 3/1 hissəsi xaçpərəst olacaq, 3/1
hissəsi öləcək. 3\1 hissəsi isə Mesopotamiyaya köçəcək. Kürdlər və
ermənilər Türkiyə ərazilərinin bir hissəsini alacaq.
- Yunanıstan bu müharibədə birinci rolu oynamayacaq, lakin
İstanbulu (Konstantinopol) onu verəcəklər.
- Ruslar Bosfor və Dardanelə enən vaxt Avropanın başqa ölkələri
deyəcək: biz ora getməyək? Qərb Rusiyadan qoşunlarını çıxarmağı
tələb edəcək. Rusiya imtina edəcək və ona qarşı hücumlar
başlayacaq. Konstantinopolda o qədər rus qanı töküləcək ki, üç
yaşlı öküz bu qanın içində üzə biləcək. Dünya müharibəsi
başlayacaq, ruslar itki verəcəklər. Biz qətliam görəcəyik, şəhərlər
xaraba qalacaq.
- Yaxın Şərq döyüş səhnəsi olacaq. Hətta Çin ordusu Fərat çayının
keçəcək, Qüdsə çatacaq.
Hazırda Türkiyədə baş verən proseslər yunan keşişin bu sözlərinə
diqqəti cəlb edir.
Amerikalı casusların Türkiyə oyunu
Türkiyəni keşişin proqnozlarına uyğun dizayn etmək istəyən
amerikalı casuslar iyulun 15-də İstanbula gəliblər.İstanbul
"Büyükada Splendid Palace" otelində məxfi toplantı keçirən 10
amerikalı casusun adları açıqlanıb.
Henri Barkey
CİA-nın Türkiyə üzrə keçmiş mütəxəssisi.
Qraham Fuller
CİA-nın İstanbul masasının keçmiş şefi. Fətullah Gülənə ABŞ-da
yaşamaq hüququ verilməsində böyük rol oynayıb.
Ellen Laipson
ABŞ Qlobal Təhlükəsizlik Konseyi rəhbərinin keçmiş köməkçisi, Yaxın
Şərq Siyasətləri İnstitutunun analitiki. Laipson 2009-2013-cü
illərdə ABŞ prezidenti Barak Obamanın yanında Kəşfiyyat Qurumunun
üzvü olub.
Ali Vaez
ABŞ-da fəaliyyət göstərən "Vudro Vilson" beyin mərkəzinin
rəhbərlərindəndir. Beynəlxalq Böhran Qrupunun İran bölümünün
direktoru.
Mesud Karokhail
"Bonn Beynəlxalq Mərkəzi" və "The Liaison Center" kimi bir çox
beyin mərkəzinin Yaxın Şərq üzrə analitiki.
Samir Sumaidaie
İraqın ABŞ-dakı keçmiş səfiri.
Marva Daoudi
Beynəlxalq münasibətlər və yaxın Şərq üzrə mütəxəssis.
Silvia Tiryaki
Slovakiya əsilli siyasi analitik. İsrail-İsrail münasibətləri,
Ermənistan və Yaxın Şərq üzrə mütəxəssis.
Ahmed Morsi
"Karnegi" fondunun mütəxəssisi. Yaxın Şərq, Misir, İran və ABŞ üzrə
analitik. 15-19 iyul tarixlərində Türkiyədə olub.
Ellie Qeranmayeh
Avropa Xarici Münasibətlər Konseyinin mütəxəssisi.
Bu şəxslərlə Türkiyə tərəfi bu şəxslər haqda cinayət işi açıb. Ən
maraqlısı isə ABŞ-da məhbus olan killerin həmin gecə Türkiyəyə
gəlməsidir.
"Ölüm kamerası"nda olan killerin gizli Türkiyə səfəri
Skot Li Peterson 2002-ci ildə hamilə olan həyat
yoldaşını öldürdüyü üçün həbs olunub. Ömürlük həbs cəzasına məhkum
edilib və hazırda onun Kaliforniyadakı "San Quentin" həbsxanasında
"ölüm kamerasında" olduğu deyilir.
"Akşam" qəzeti isə yazır ki, 44 yaşında olan Peterson 13 iyulda
Türkiyəyə gəlib və casusların məxfi toplantısında iştirak edib. S.
Petersonun rəsmi şəkildə məhkum olduğu deyilsə də, o, qeyri-rəsmi
şəkildə azadlıqdadır. Ən maraqlısı isə "Büyükada Splendid Palace"
otelində məxfi toplantı keçirənlərin 15 iyuldan sonra müxtəlif
vaxtlarda ölkəni tərk etməsinə baxmayaraq, Petersonun hələ də
Türkiyədə olmasıdır.
Ehtimallara görə, S. Peterson dövlət çevrilişi baş tutmayandan
sonra Türkiyədə həyata keçiriləcəyi gözlənilən sui-qəsdlərdə
iştirak edəcək. Bu sui-qəsdlərin tanınmış siyasətçilərə, ictimai
xadimlərə, etnik və dini liderlərə qarşı olacağı iddia olunur. Amma
bu məsələlərlə bağlı Vaşinqton hələlik susur.
ABŞ Dövlət katibi Con Kerri avqustun 24-də Türkiyəyə səfər
edəcək. Onun Türkiyə səfərinin Fətullah Gülənin
ekstradisiyası ilə bağlı olduğu deyilir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə bu gün
Türkiyəyə gedib.
N. Nazarbayev səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib
Ərdoğan və baş nazir Binəli Yıldırımla görüşüb. Görüşdə ikitərəfli
münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunub.
Qazaxıstanın FETÖ məktəblərini bağlamaqdan imtina etməsi fonunda bu
səfər diqqəti cəlb edir.
ABŞ isə Orta Asiyada yeni ittifaq yaratmaq üçün hərəkətə
keçib.
Məlumata görə, ABŞ və Orta Asiya ölkələrinin xarici işlər
nazirlərinin "C5+1" formatlı qrupunun Vaşinqtonda görüşü
keçirilib.
Görüşdə ABŞ-ın xarici işlər naziri Con Kerri, Qazaxıstanın xarici
işlər naziri Yerlan İdrisov, Qırğızıstanın xarici işlər naziri
Yerlan Abdildayev, Özbəkistanın xarici işlər naziri Əbdüləziz
Kamilov, Tacikistanın xarici işlər naziri Siraceddin Aslov və
Türkmənistanın xarici işlər naziri Rəşid Meredov iştirak
ediblər.
Görüşdə həmçinin ABŞ-ın bu ölkələrlə iqtisadi və ekologiya
sahəsində əməkdaşlığının daha gücləndiriləcəyi vurğulanıb. Görüş
zamanı Con Kerri deyib ki, Parisdə imzalanan beynəlxalq iqlim
müqaviləsinin şərtlərinə əsasən ABŞ Orta Asiya ölkələrinə dəstəyini
davam etdirəcək.
Rusiya isə ABŞ-ın Asiyanın "ürəyinə" girməsinə imkan vermək
niyyəti yoxdur.
Bu kontekstdə Rusiyanın Qazaxıstana 5 ədəd "S-300" zenit
raket kompleksi verməsi diqqət çəkir. Artıq Qazaxıstan
hökuməti göndərilən "S-300" zenit raket komplekslərini təslim
alıb.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Astanaya səfər edib. Astanada
Sergey Şoyqu ilə Qazaxıstanın müdafiə naziri İmangali Tasmagambetov
arasında görüş keçirilib. Görüş zamanı hərbi və müdafiə sahəsində
əməkdaşlıq, regional beynəlxalq məsələlərlə bağlı müzakirələr
aparılıb. Sergey Şoyqu bildirib ki, Rusiya prezidenti Vladimir
Putinlə Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında
imzalanan hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, 5 ədəd
"S-300" zenit raket kompleksi və ona aid olan 170 müdafiə raketi
Qazaxıstan tərəfindən təhvil verilib.
Bu gün Ermənistan partlayıb.
Partlayış Gümrüdə qazdoldurma məntəqəsində baş verib. Nəticədə 2
nəfər xəsarət alıb.
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın isə ABŞ-a
yerləşdiyi xəbəri yayılıb.
Məlumata görə, Koçaryan artıq iki ildir ki ailəsi ilə birlikdə
ABŞ-da yaşayır. O, yalnız hansısa hadisələr zamanı Ermənistana
gəlir. Bəzən də biznesinin olduğu Moskvaya gedir.
Bu xəbər Azərbaycanın sabiq spikeri Rəsul Quliyevin də ABŞ-da
yaşaması kontekstində diqqət çəkir. Ümumiyyətlə post-sovet
məkanında siyasətçilərin Avropadan daha çox Amerikadan sığınacaq
alması müşahidə olunur.
Ermənistandan Bakıya gələn şəxs isə azadlığa
buraxılıb.
Onun azadlığa buraxılması barədə Nərimanov Rayon Məhkəməsi qərar
qəbul edib.
Belarus vətəndaşı olan Sergey Timofeyeviç bu il
martın 25-i saat 01:30 radələrində Daxili İşlər Nazirliyinin (DİN)
Əlahiddə Çevik Polisi Alayının əməkdaşları tərəfindən paytaxtın
Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin
borusundan işəri keçmək istəyən Belarus vətəndaşı Sergey
Timofeyeviç İlyevskiy saxlanılıb. S.İlyevskinin üzərinə baxış
nəticəsində onun Tbilisi, Yerevan metro stansiyalarında və
depolarında çəkdiyi şəkillər, eləcə də Bakı Metropoliteninin sxemi,
mobil telefon və pul aşkarlanıb.
Asif
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi