Rauf Arifoğlunun qardaşından müsavatçılara XƏBƏRDARLIQ: Hər şeyi yazacam
Bizi izləyin

Nida.az

Rauf Arifoğlunun qardaşından müsavatçılara XƏBƏRDARLIQ: Hər şeyi yazacam

Müsavat Partiyasının başqanı Arif Hacı ilə "Yeni müsavat" qəzetinin rəhbəri Rauf Arifoğlu arasındakı çəkişmə daha da kəskinləşib. Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin qəzetçiləri təhqir etməsi Rauf Arifoğlunun qardaşı Azər Ayxanı da mübahisələrə qoşulmağa vadar edib. O, öz Facebook səhifəsində Mustafa Hacıbəyliyə cavab verib.

Publika.az Azər Ayxanın cavabını olduğu kimi təqdim edir:

Arif Hacılının tərbiyəsiz və cığal qardaşı...

Mən münasibətlərin ən kəskin vaxtlarında Arif Hacılını təhqir etmədim. Söymədim. Çizgini keçmədim. Mənim sözümə söz çatdıracaq az adam var bu ölkənin siyasi və mətbu çevrələrində. Mənimlə söz davasına çıxıb, sonra peşiman olanların siyahısını Arif Hacılı da bilir, onun tərbiyəsiz qardaşı da. Azərbaycan müxalifətinin ən həyasız və sırtıq qrupu ilə illərdir söz savaşındayıq. Hər üstümüzə gəldiklərində burunlarını ovub, geri oturduruq. Halbuki o qrupdan Müsavat rəhbərliyi ciddi şəkildə çəkinir, qabaqlarından qaçır.

Kübarla kübar kimi, tərbiyəsizlə tərbiyəsiz kimi davranmağı bacarıram. Amma hələ Arif Hacılıyla işim yoxdu... Zamanımız çox, səbrimiz geniş.Ən əsas səbəbi odur ki, Rauf Arifoglu onunla mətbu müharibəni əsasən özü aparır. Mən qarışsam belə, Mustafalıq etmərəm. Səviyyəmi və tərbiyəmi qoruyub saxlayaram. Söyüş yazmağa nə var ki. Söyüş yazmadan rəqibi sözlə udmaq, sözə təslim etmək daha uyğun və zövqvericidi.

Hər şeyin bir raconu var - savaşmağın da, barışmağın da, siyasətin də, qəzetçiliyin də. Bunlar bu qədərmi hər şeyi ayaqlar altına almağı bacarır? Dünəni unudur? Yaltaq stoykayla böyründə gəzib səni "şef", "rəis" "patron" deyə öyən birisi, bu gün az qalır baldırını qapsın.

Raufla Arifin münasibətlərinin ən kritik vaxtlarında (2001-2002-ci illər) mən A.Hacılıyla salam-sağolu kəsmədim. Hörmətdə qüsur etmədim ona qarşı. O isə Mustafa qəzetdən ayrılan kimi məni dindirmədi. Salam vermədi. Münasibətini kəsdi aylarla. İndi isə Arif Hacılı bir savaş başladıb, Rauf bəy də ona cavab verir. Və onun kiçik qardaşı R.Aridoğluna qarşı misli görünməmiş tərbiyəsizlik edir. Fərqə baxın... Bir normal adam dəstək vermir bunlara. Saxta profillərdə gizlənən küçə və feysbuq avaraları Müstafanı like və bəsit şərhlərlə qazlayır, o da cezv olur az qala. 2003-cü ilə falan gedib çıxır. Yazır ki, mən o vaxtlar da Raufu qəbul etmirdim. Qəbul etmədiyin adamın puluyla, rəhbərliyi ilə, himayəsilə necə jurnal buraxırdın bəs, Mustafa?! Bu gün söydüyün R.Arifoğlu səni zamanın ən tirajlı jurnalının redaktoru etmişdi. Demək, ya o zaman, ya indi riyakarlıq edirsən.

Hə, bu arada, Mustafa deyir ki, Rauf Arifoğlunun satqınlığını öyrənən kimi YM-dan ayrıldı. Ən azından 20 nəfərin gözü qarşısında olan bir hadisəni necə təhrif etmək olar, ağlım almır.

Yazacam, hər şeyi yazacam. Qoy yaddaşlar yenilənsin, agah olmayanlar agah olsun 8-10 il öncə baş verənlərdən.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm