Nida.az
Prezident İlham Əliyev: “Azərbaycan və İran əlaqələri ən yüksək səviyyədədir”
Bu gün Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani arasında təkbətək görüşdən sonra geniş tərkibli görüş keçirilib.
Prezident İlham Əliyev geniş tərkibli görüşdə deyib ki, bu səfərə çox böyük əhəmiyyət verir.
Dövlət başçısı bildirib ki, səfərin çox uğurlu olacağına və əlaqələrin inkişafına təkan verəcəyinə inanır: "Bu səfərlər göstərir ki, əlaqələrimiz ən yüksək səviyyədədir. Bu gün ikitərəfli görüş zamanı siyasi, iqtisadi məsələləri müzakirə etdik. Bizim aramızda çox böyük qarşılıqlı anlaşma var və münasibətləri bu anlaşma əsasında qururuq. Son illər iki ölkə arasında əlaqələr çox sürətlə inkişaf edir, bu inkişaf 25 illik münasibətlər tarixində ən yüksək səviyyəyə çatıb. İnanıram ki, siyasi, iqtisadi və digər sahələrdə əlaqələr daha da inkişaf edəcək. Bu gün də bir neçə sənəd imzalanacaq. İran və Azərbaycan əlaqələri bundan sonra da dostluq əsasında daha da inkişaf edəcək ".
Öz növbəsində, İran prezidenti Həsən Ruhani Azərbaycan prezidentinin İrana son səfərinin çox uğurlu olduğunu bildirib: "Bu gün iki ölkə arasında mühüm sənədlər imzalanacaq. Sabah isə üçtərəfli görüş keçiriləcək. Üçtərəfli görüşdə də müxtəlif məsələləri təhlil edəcəyik. Əminəm ki, iki ölkənin əlaqələri səmimi əsaslarla qurulub. İki qonşu və qardaş ölkə kimi münasibətləri ən yüksək səviyyəyə çatdırmalıyıq. Xalqlarımız ən yaxşı əlaqələrin qurulmasını, bu münasibətlərin regionda sabitlik və sülhün bərqərar olmasında rol oynamasını istəyir".
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...