Nida.az
Qərb təşvişdə, Putin Qarabağı qaytaracaq və.... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Rusiya prezidenti Vladimir Putin və İran prezidenti
Həsən Ruhani Bakıdadır. Bu, dəyişən geosiyasi mənzərələr fonunda ən
vacib məqamlardan biri hesab oluna bilər. Təsadüfi deyil ki,
dünyanın gözü məhz Bakıdakı görüşə dikilib. Ermənistan isə Bakıdakı
görüşdən olduqca narahatdır. Xüsusilə Sarkisyanın avqustun 10-da
Moskvaya səfəri fonunda İrəvan Bakı görüşünün onun üçün yaxşı heç
nə vəd etmədiyini anlayır. Türkiyə də Bakı görüşünü xüsusi izləyir.
Ehtimallara görə, regionda Rusiya-Türkiyə-İran və Azərbaycan
ittifaqı yarana bilər.
Bakıda Ərdoğan müzakirəsi
Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşlərinə
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da qatılmasını
istəyirik.
Bu barədə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur
deyib.
Onun sözlərinə görə, İran prezidenti Həsən Ruhani Bakıda Rusiya
prezidenti Vladimir Putinlə bu məsələni müzakirə edəcək.
Rusiya prezidenti Vladimir Putinin Bakı səfərində ən mühüm detal
Dağlıq Qarabağ məsələsidir.
"Putin Qarabağ münaqişəsini sürətli həllinə
çalışır".
Bu barədə rusiyalı politoloq Sergey Markov deyib.
Bakıda Prezident İlham Əliyevlə görüşən Vladimir Putin də eyni
fikirləri səsləndirib və bildirib ki, "Rusiya çalışacaq ki,
Dağlıq Qarabağ münaqişəsinin güzəştli və tərəflər üçün münasib həll
variantını tapsın".
Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan
və Ermənistan üçün nə qədər ağır məsələ olduğunu anlayır.
"Biz bu münaqişənin hər iki tərəfin maraqları çərçivəsində həllinə
çalışacağıq. Bu məsələnin həllində qalib hər iki ölkənin xalqı
olsun və münaqişə bugünkü və gələcək nəsillərin maraqları
çərçivəsində həll edilsin", - deyə o qeyd edib.
İlham Əliyevdən Putinə təşəkkür
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama
salınmasında Rusiyanın rolunu xüsusi vurğulamaq
istəyirəm".
Bu barədə isə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.
Dövlət başçısı iyun ayında Sankt-Peterburqda keçirilmiş görüşün
problemin həllinə həsr edildiyini xatırladıb.
"Mən sizə bu prosesdə aktiv iştirakınız üçün təşəkkür edirəm", - deyə dövlət başçısı Azərbaycanda qonaq olan Rusiya prezidentinə bildirib.
Prezident İlham Əliyev Rusiya və Azərbaycan prezidentlərinin sıx
görüşlərinin ikitərəfli münasibətlərin inkişafına yeni impulslar
verdiyini dilə gətirib: "Hansı ki, bizim münasibətlərimiz çoxdan
strateji əməkdaşlıq səviyyəsinə qalxın və demək olar ki, bütün
sferaları əhatə edir. Beynəlxalq arenada qarşılıqlı əməkdaşlıq var,
siyasi dialoq və iqtisadi əməkdaşlıq möhkəmləndirilir. Bundan
başqa, Rusiya, Azərbaycan və İran prezidentlərinin üçtərəfli görüşü
yeni formatdır. Bu format ölkələrin iqtisadi inkişafına, regionda
təhlükəsizliyin möhkəmləndirilməsinə imkan yaradacaq".
Vladimir Putin də Azərbaycan prezidentinə təşəkkür
edib.
O, Bakıda Həsən Ruhani ilə görüşərkən, yaradılan şəraitə görə İlham
Əliyevə minnətdarlığını bildirib.
Bakıda səfərdə olan İran prezidenti Həsən Ruhani də öz növbəsində
Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb və Azərbaycanın
ərazi bütövlüyünü dəstəklədiklərini açıqlayıb.
Qərb təşvişlə Ərdoğan-Putin görüşünü gözləyir
Gözlərin Bakıya dikildiyi bir vaxtda Ərdoğanın sabah – avqustun
9-da Sankt-Peterburqda Vladimir Putinlə görüşü də diqqətlə
izlənilir. Bu, Türkiyə prezidentinin 15 iyul dövlət çevrilişinə
cəhddən sonra ilk xarici səfəridir.
Ərdoğanın 15 iyul çevriliş cəhdindən sonra ilk xarici
səfərini Rusiyaya etməsi Qərbi narahat edir.
Bu barədə "Financial Times" nəşri yazıb.
Nəşrə açıqlama verən "Karnegi" fondunun Moskva nümayəndəliyinin
eksperti Aleksey Malaşenko bildirib ki, Türkiyənin NATO-dakı
müttəfiqləri ilə gərgin münasibətləri Rusiya üçün son dərəcədə
sərfəlidir.
"Financial Times" yazıb ki, Türkiyə dövlət çevrilişindən sonra
Rusiyanın verdiyi dəstəkdən məmnundur.
"Prezidentin sözçüsü İbrahim Kal da ötən həftə "TASS"-a
açıqlamasında "Rusiya Federasiyasının bu məsələdə açıq mövqeyini
bildirməsini alqışlayırıq" deyə bildirdi. Bunun əksinə olaraq
çevriliş cəhdindən sonra türk rəsmiləri ABŞ-ı tənqid etdilər,
həmçinin, Fətullah Gülənin ekstradisiyası üçün Vaşinqtona sərt
reaksiya göstərdilər", - deyə nəşr qeyd edib.
Nəşrə danışan Moskvadakı bir türk diplomat Türkiyə-ABŞ
münasibətləri haqda belə deyib: "ABŞ-la münasibətlərimiz
son 50 ildə ən pis səviyyəyə çatıb. Bu, Rusiyanı cəzbedici
alternativ edir".
Türkiyənin siyasi manevrləri fonunda PKK terror təşkilatı yenidən
aktivləşib.
"Dövlət şəhərlərə nəzarət edə bilməyəcək".
Bu haqda PKK rəhbərlərindən olan Cəmil Bayık Türkiyəni təhdid
edərkən deyib.
O, PKK-nın planlarında dəyişikliklər etdiklərini açıqlayıb: "Savaş
artıq təkcə dağlarda deyil, şəhərlərdə, kəndlərdə, qəsəbələrdə də
aparılacaq. Şəhərlərdə polislər əvvəlki kimi rahat yaşamayacaq.
Artıq dövlət şəhərlərə nəzarət edə bilməyəcək".
Generallar terrorçulara pənah apardı
15 iyul dövlət çevrilişi cəhdi uğursuzluğa düçar olandan
sonra bir çox hərbiçilər PKK-ya sığınıb.
Məlumata görə, qiyamdan sonra 3-ü general olmaqla 60 zabit
"Sikorski" tipli helikopterlərlə Silopiyə gedib. "Sözcü" qəzeti
yazıb ki, fərari hərbiçilərə Gölbaşında Xüsusi Təyinatlı
Komandanlığın qərargahını ələ keçirmək istəyərkən başından
vurularaq öldürülən general Semih Tərzinin nəzarətindəki Silopi
Xüsusi Təyinatlı Qüvvələr bazasındakı qiyamçılar yardım edib.
Qiyamçı hərbiçilər Silopa gəldikdən sonra Şimali İraqa
keçiblər.
Məlumata görə, 3-ü general olmaqla 60 zabit Zahoda PKK terrorçuları
tərəfindən qarşılanaraq, Qəndildəki düşərgəyə aparılıblar.
Türkiyə kəşfiyyatı PKK-ya sığınan zabitlərin bəzilərinin adlarını açıqlayıb: Admiral Mustafa Zeki Uğurlu, general Mehmet Nail Yigit, general Eli Kalyoncu, admiral Ayhan Bay, admiral İrfan Arabacı, admiral Eli Suat Aktürk, admiral Hayrettin İmran və general Mehmet Zeki Qıraplanın terrorçulara pənah aparanlar arasında olduğu deyilir.
Ehtimallara görə, PKK-ya sığınan qiyamçılar saxta pasportlarla
Avropaya keçməyi planlaşdırır.
Fətullah Gülən ölüm əmrini belə verib
PKK-ya sığınan hərbiçilərin "tapındıqları" Fətullah Gülənin
TBMM-nin Sivasdan seçilmiş deputatı Muhsin Yazıcıoğlunun
öldürülməsi ilə bağlı əmr verməsini əks etdirən şok səs yazısı
yayılıb.
Səs yazısına əsasən Fətullah Gülən adı çəkilməyən imamına Muhsin
Yazıcıoğlunun öldürülməsini əmr edir.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sivasdan
seçilmiş deputatı, Böyük Birlik Partiyasının təsisçisi və ilk sədri
Muhsin Yazıcıoğlu 25 mart 2009-cu ildə baş verən helikopter qəzası
zamanı həlak olub.
Türkiyəni parçalamağın yollarını axtarırlar
Türkiyəni parçalamaq üçün Qərbin planları tükənmir.
Məlumatlara görə, Türkiyədə dövlət çevrilişinə cəhd edən
FETÖ zabitlərinin "Amerikada US Naval Postgraduate School"da təhsil
aldıqları ortaya çıxıb. Bu məktəbdə dərs keçən
müəllimlərim kimliyi diqqət çəkir.
Bağlanan "Taraf" qəzetinin şef redaktorunun müavini Yasemin
Çonqarın həyat yoldaşı, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA)
casusu Kris Mason da bu məktəbin müəllimləri arasındadır. Məktəbdə
əsasən CİA agentləri yetişdirilir.
K. Masonun dərsləri arasında ən diqqət çəkəni "Modern türk
tarixi"dir. Bu dərsdə məcburi qaydada hər kəs iştirak
etməlidir.
K.Mason Osmanlı amanından indiyə qədər Türkiyə tarixini incələyir.
Əsas tezisləri bunlardır:
- İslamdan öncə Türkiyə mədəniyyətinin təsirləri və bu
mədəniyyətin davamı.
- Beynəlmilər, modernlik haqqında türk tezisləri.
- Dünyəvilik və Qərbləşmə üçün türk tezisləri.
- Modern Türkiyədə etnik azlıqların yeri.
- Çağdaş türk mədəniyyəti və siyasətində kamalizm və islamçı
cərəyanlar arasında çəkişmələr.
***
Pakistan qana boyandı
"Taliban" hərəkatının "Djamat-ul-Axrar" qruplaşması
Pakistanın Bəlucistan vilayətinin Kvetta şəhərində terror
aktı törədib. Hadisə nəticəsində 93 nəfər insan həlak olub.
Ölənlərin sayının artacağı gözlənilir.
Asif
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"
-
Hadisə13:05
Politoloq Azər Qasımlı saxlanıldı
-
Hadisə12:15
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını...
-
Dünya11:55
Türkiyədə yaşayan suriyalılar Əsədin devrilməsini belə bayram edirlər - FOTOLAR