Nida.az
"Rusiya Türkiyənin Qarabağa..." - Çavuşoğlu
"Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli formatının yaradılması ilə bağlı Azərbaycana son səfərim zamanı müzakirələr aparılıb".
APA-nın "Anadolu agentliyi"nə istinadən verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, Azərbaycanda buna çox müsbət yanaşılıb: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı bu barədə müzakirələr aparılıb, Putin də buna müsbət yanaşdığını deyib. Bizim Balkanlarda, həmçinin Türkiyə və Azərbaycanın mərkəzdə olduğu bir sıra üçtərəfli mexanizmlər gözəl şəkildə işləyir. Müzakirə olunmalı bir sıra iqtisadi, siyasi mövzular, regional layihələr var".
Nazir qeyd edib ki, hazırda Qafqazın təhlükəsizliyinə ciddi təhdid olan Qarabağ problemi mövcuddur: "Biz bu məsələnin həlli üçün əvvəllər də səy göstərdik. Rusiya hazırda ciddi səylər göstərir. Bunlar həm ATƏT-in Minsk qrupunun, həm də Putinin şəxsi səyləridir. Sankt-Peterburqda üç prezidentin iştirakı ilə görüş baş tutub. Rusiyanın təkliflərinə baxdıqda, görürük ki, bu bizim illər öncə Ermənistana etdiyimiz təkliflərdir. Rusiya və azərbaycanlı qardaşlarımız Türkiyənin bu məsələyə töhfə verməsini istəyir. Biz də regionun təhlükəsizliyi və gələcəyi üçün bu məsələnin həlli istiqamətində üzərimizə düşəni edəcəyik. Üçtərəfli mexanizm çərçivəsində də bunu birlikdə dəyərləndirmə imkanımız olacaq".
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO