Hakim partiya “Amnesty İnternational”a cavab verdi
Bizi izləyin

Nida.az

Hakim partiya “Amnesty İnternational”a cavab verdi

Hakim partiya “Amnesty İnternational”a cavab verdi

“Amnesty İnternational” beynəlxalq hüquq-müdafiə təşkilatı həbsdə olan NİDA Vətəndaş Hərəkatı fəallarının azadlığa buraxılması üçün imzatoplanma kampaniyasına başlayıb.

Aİ hesab edir ki, gənclər ifadə azadlığı və dinc etirazların təşkilinə görə təqib olunurlar. Aİ Azərbaycanın mayın 14-də Avropa Şurasının Nazirlər Komitəsində altıaylıq sədrliyi ərəfəsində ölkə prezidentini gəncləri dərhal azad etməyə çağırır.

Hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə bu kampaniyanı əhəmiyyətsiz adlandırıb.

YAP rəsmisi Publika.Az –a açıqlamasında bildirib ki, “Amnesty İnternational” qərəzli təşkilatdır: “Bu təşkilat Azərbaycana qarşı həmişə qərəzli olub. Qərəzli bir qeyri-hökumət təşkilatının nəsə tələb etməsi yersizdir”.

S. Novruzov qeyd edib ki, hər şey hüquq müstəvisində həll olunur.

“Məhkəmənin qərarı var. Bu qərardan razı olmayanlar yuxarı instansiya məhkəmələrinə şikayət edə bilərlər. Bir hüquqi yol var və hər şey hüquq müstəvisində həll olunur”-deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm