Pənah Hüseynin təklifi plagiat imiş?
Bizi izləyin

Nida.az

Pənah Hüseynin təklifi plagiat imiş?

Pənah Hüseynin təklifi plagiat imiş?

KXCP üzvü, bayraqdan Elman Türkoğlu Pənah Hüseynin müxalifətçilərin Ümummilli Müqavimət Hərəkatı yaratması təklifinin ona məxsus olduğunu iddia edib.

E. Türkoğlu Publika.Az -a açıqlamasında bildirib ki, o 5 ildir ki, eyni ideyanı səsləndirir: “Amma daşdan səs gəldi, müxalifətdən səs gəlmədi.

Bir neçə gün öncə çox hörmət etdiyim Pənah Hüseynin mənim neçə illərdir dediyim sözləri gündəmə gətirdi.

Onun bu təklifi müxalifətin daxilində atom bombası kimi partladı və gündəlik müzakirəyə çevrildi. Hazırda bu məsələ müzakirə edilir”.

Bayraqdan qeyd edib ki, bu gün də, sabah da, hələ bundan sonrakı seçkilərə qədər bu məsələ müzakirə olunacaq.

“Bələdiyyə, 2015-ci il parlament, 2018-ci və 2023-cü il prezident seçkilərinə qədər Pənah Hüseynin bu təklifi müxalifətdə müzakirə olunacaq.

Maraqlıdır ki, bir neçə gün öncə irəli sürülən bu təklifi müxalifət gündəmə çıxartdı, amma mənim 20 il bundan qabaq dəfələrlə etdiyim eyni təklifimi niyə müzakirəyə çıxartmadılar.

Mən Pənah Hüseynin təklifini dəstəkləyirəm, amma ortada 2023-cü il əmması var”-deyə E. Türkoğlu bildirib.

Qeyd edək ki, P. Hüseyn Rusiyanın Ukryanaya müdaxiləsindən sonra Azərbaycanda müxalifət düşərgəsinin “Ümummilli Müqavimət Hərəkatı” yaratmaq təklifini irəli sürüb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm