“El”dən Sərdar Cəlaloğluna ağır cavab: “Öz gözündə tiri görmür...”
Bizi izləyin

Nida.az

“El”dən Sərdar Cəlaloğluna ağır cavab: “Öz gözündə tiri görmür...”

“El”dən Sərdar Cəlaloğluna ağır cavab: “Öz gözündə tiri görmür...”\

“Sərdar Cəlaloğlunun son vaxtlar dediklərinə münasibət bildirmək onun səviyyəsinə düşmək deməkdir”.

Bu barədə “El” hərəkatının üzvü Eldəniz Quliyev açıqlamasında ADP sədri Sərdar Cəlaloğlunun “El” və hərəkatın sədri Eldar Namazov haqda dediklərinə cavab olaraq deyib. E. Quliyev qeyd edib ki, bu sözləri həqiqətən də möhtəşəm partiyanın yaradıcısı desəydi, yenə də münasibət bildirmək olardı.

“Siyasətçilərdə qəribə xüsusiyyət yaranıb. Öz gözündə tiri görmür, başqasında tük axtarır. Epistentirk fikirlərə münasibət bildirmək istəmirəm. Hazırda “El”in partiyaya çevrilmək işi sürətlə aparılır. Partiya olacaq, yoxsa ictimai-siyasi hərəkat kimi yoluna davam edəcək, buna qurultay qərar verəcək”-deyə o bildirib.

Qeyd edək ki, S. Cəlaloğlu mediaya müsahibəsində Eldar Namazovun partiya yaratmaq qabiliyyətinin olmadığını deyib. Bildirib ki, E. Namazov 10 ildir istefa verib, bu müddətdə müxtəlif təşkilatlar yaradıb, hamısı da dağılıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm