“YAP-ın qapıçıları ilə danışıq istəyənlərdən...”- Partiya sədrinə ittihamlar
Bizi izləyin

Nida.az

“YAP-ın qapıçıları ilə danışıq istəyənlərdən...”- Partiya sədrinə ittihamlar

“YAP-ın qapıçıları ilə danışıq istəyənlərdən...”- Partiya sədrinə ittihamlar

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifətin hazırki vəziyyətinə görə, AXCP və Müsavatı ittiham edib.

Partiya sədri bildirib ki, İsa Qəmbərlə Əli Kərimli arasında 20 ildir davam edən qarşıdurma, ziddiyyət müxalifət düşərgəsinin zəif duruma düşməsinə səbəb olub.


“Sərdar hakimiyyəti tənqid edə bilmədiyi üçün müxalifəti hədəfə alıb”


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Publika.Az -a açıqlamasında S. Cəlaloğlunun ittihamlarına sərt cavab verib. Onun sözlərinə görə, S. Cəlaloğlu hakimiyyəti tənqid edə bilmədiyi üçün müxalifətin üstünə düşüb: “Müxalifətdə yaranmış mövcud vəziyyətin günahkarı hakimiyyətdir. Müxalifətin fəaliyyəti məhdudlaşdırılır, atılan addımların qarşısı alınır. Sərdar bəy görünür hakimiyyəti tənqid edə bilmədiyi üçün müxalifəti hədəfə alıb və problemləri səbəbini bizim üstümüzə atır”.

F. Qəhrəmanlı qeyd edib ki, AXCP və Müsavat partiyalarının hazırki münasibətləri nə qarşıdurma, nə də əməkdaşlıq müstəvisindədir: “Hər bir partiya ayrılıqda öz fəaliyyətini davam etdirir”.


“YAP-ın qapıçıları ilə danışıq istəyənlərdən müxalifət olmaz”


Müsavat Divanının üzvü Tural Abbaslı isə S. Cəlaloğlunu qərəzli olmaqda ittiham edib. O, Publika.Az -a açıqlamasında deyib ki, ADP sədrinin fikirləri tamamilə birtərəfli və qərəzlidir: “Sərdar bəy hakimiyyətin yaratdığı problemləri müxalifət partiyalarının mərkəzdə və regionlardakı fəaliyyətinin qarşısının alınmasını, müxalifətçilərə qarşı təzyiqləri görmürsə və hər şeyi müxalifətin üstünə yıxırsa, bu onun nə qədər dırnaqarası obyektiv olduğunu göstərir”.

Divan üzvü bunu S. Cəlaloğlunun gündəmə gəlməsi kimi izah edir: “Bəzən olur ki, siyasi partiya sədrləri, liderləri unudurlar. Onlar hansısa aksiyalar, tədbirlər keçirtməklə, xalqın xeyrinə addımlar atmaqla gündəmə gələ bilmədikdə ya Müsavatı, ya da AXCP-ni hədəfə alırlar.

Sərdar Cəlaloğlu da Müsavat və AXCP-nin hər ikisini birdən hədəfə almaqla gündəm yaratmaq istəyir. Təbii ki, bu gülünc ittihamlardır. Sərdar bəydən soruşmaq lazımdır ki, bu günə qədər Müsavat və AXCP-nin yaratdığı bloklar kimi hansı partiyalar bloklar yarada bilib, hansı partiyalar bu iki partiyanın qatıldığı seçkilərdə qazandığı uğur kimi uğur qazanıb?!”.

T. Abbaslı hesab edir ki, bu gün müxalifət adına səhnədə müsavat və AXCP var: “bütün seçkilər bu iki partiyanın hegemonluğu ilə keçirilir. Müsavat və AXCP olmasa müxalifət də olmaz. Vaxtilə Sərdar Cəlaloğlunun istədiyi kimi, YAP-ın qapıçıları ilə danışıq istəyənlərdən müxalifət olmaz”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm