• USD 1,7000 0,00% EUR 1,9343 -0,03%
    • GBP 2,1630 +0,05% RUB 0,0254 +0,39%

Çingiz Qənizadə: "ABŞ Dövlət Departamentinin bəyanatı qərəzlidir"

  • Nida.az
  • 17 Avqust 2016 18:49
  • 644 Baxış
Çingiz Qənizadə: "ABŞ Dövlət Departamentinin bəyanatı qərəzlidir"

"Necə olur ki, iki il bundan əvvəl Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məlumatı demirlər, ancaq beş gün bundan əvvəl həbs olunmuş adam haqqında dərhal bəyanat yayırlar". Bu fikri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə bildirib.

Millət vəkili ölkəmizdə hər bir fiziki və hüquqi şəxsin vergi ödəyicisi olmasının vacibliyini vurğulayıb: "Mən belə hesab edirəm ki, müəyyən təşkilatlar var ki, onlar başqa dövlətlərin marağına uyğun fəaliyyət göstərirlər. İkincisi, ölkədə bir vergi ödəyicisi mədəniyyəti var, bunu biz özümüz aşılamalıyıq və hər kəs vergi ödəyicisi olmalıdır. Hər bir qeyri-hökumət təşkilatları və digər təşkilatlar cəmiyyət və yoxlayıcı orqanlar üçün açıq olmalıdır. Əgər kimsə qanunun tələblərini pozursa, qanunvericiliklə məsuliyyət daşıyır. Bu baxımdan ABŞ Dövlət Departamentinin bu cür bəyanatları Natiq Cəfərli və qeyrilərinin işinin çətinləşməsinə yönəlir. Çünki bundan da həmin bəyanat verən dövlətlər divident əldə edirlər ki, guya Azərbaycanda bu cür mənfiliklər var. Ancaq bu cür bəyanatlar verməklə, prosesi siyasiləşdirməklə, onlar həm Azərbaycanın imicinə kölgə salmağa çalışırlar, həm də istintaq altında olan şəxslərə problem yaradırlar. Ona görə də belə hallarda bu cür qərəzli təşkilatlar qərəzli bəyanatlar verməkdən çəkinməlidirlər. Hesab edirəm ki, ABŞ Dövlət Departamentinin bəyanatı qərəzlidir və Azərbaycan hüquq mühafizə orqanlarının işinə müdaxilədir".

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>