Milət vəkili: "Azərbaycanda hansısa ölkələrin ideologiyasını yayan saytlar var"
Bizi izləyin

Nida.az

Milət vəkili: "Azərbaycanda hansısa ölkələrin ideologiyasını yayan saytlar var"

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Multikulturalizm ili" çərçivəsində "Media və din" mövzusunda konfrans keçirilib.

Publika.az xəbər verir ki, konfransı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı açıb.

Komitənin sədri bildirib ki, dinlə bağlı yazan jurnalistlər diqqətli olmalıdır. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra milli-mənəvi dəyərlərin qorunmasında böyük addımlar atıb.

Mübariz Qurbanlı bildirib ki, mətbuatın müxtəlif mövzularla əlaqədar sensasiyalı yazılar verməsi bütün dünyada geniş yayılb. O, həmçinin bildirib ki, elə mövzular var ki, onlarla bağlı yazanda həssas olmaq lazımdır. Komitə sədri dinin də bu mövzulardan biri olduğunu deyib. Mübariz Qurbanlı radikalizm və dini xurafata qarşı effekli yazılara rast gəldiyini qeyd edib.

Mətbuatda bəzən məzhəblərarası qızışdırıcı, xurafata və radikalizmə xidmət edən yazıların verilməsindən narahat olan M.Qurbanlı bildirib ki, həmin yazı müəllifləri bəzən hansısa şəxsləri dini lider səviyyəsinə yüksəldirlər:

"İslam dininin içində müxtəlif dini cərəyanlar meydana gəlib. Azərbaycan mediasınada bəzən yanlış olaraq bu cərəyanları bir-birinə qarışdırırlar. Bu cərəyanlarla bağlı yazılar yazarkən bəzən hansısa şəxsləri dini lider səviyyəsinə yüksəldirlər. Bu gün Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədə inkişaf edir. Azərbaycanda ayrı-ayrı dini konfenssiyaların bərabər şəkildə fəaliyyətinə imkan yaradılıb. Bu gün qarşımızda iki mühüm məsələ dayanır. Birincisi, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və medianın rolunu artırmaq, İkincisi, dinin xurafata qarşı mübarizə aparmaqdır", - Mübariz Qurbanlı vurğulayıb..

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov aktual bir mövzunun müzakirəsi üçün toplaşdıqlarını deyib. Deputatın sözlərinə görə, bu cür tədbirlərin keçirilməsi jurnalistlərə dini mövzularda əlavə biliklər verir və ixtisaslaşma səviyyəsi artır.

Mürəkkəb bir dövrdə yaşadığımızı və Yaxın Şərqdə vəziyyətin gərgin olduğunu deyən Ə.Amaşov jurnalistlərin proseslərə həssaslıqla yanaşmalı olduğunu dilə gətirib.

"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov müstəqilliyin ilk illərində din mövzusunun Azərbaycan mətbuatı üçün yeni olduğunu qeyd edib. Millət vəkili medianın dini radikalizmə və terrorizmə qarşı mübarizə aparmasının vacibliyini dilə gətirib: "Qərbdə bir çox hallarda islamı terrorla eyniləşdirirlər. Bu mövzudan yazan jurnalistlər xüsusilə diqqətli olmalıdır. Dini mövzuda yazmaq çox çətindir. Daxili senzura olmalıdır. Ən yaxşısı odur ki, jurnalistlər bu mövzuda ixtisaslaşsınlar. Dinin incəlikləri çoxdur. Mən jurnalisləri nəinki dini sevməyə, həm də onu öyrənməyə çağırıram".

Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, din məsələsi Azərbaycanda hələ də həssalığı lazımı şəkildə dərk olunmayan məsələdir. Millət vəkili Azərbaycan mediasında əsas problemin ixtisaslaşma problemi olduğunu bildirib. O, bu sahədə müsbət addımların olduğunu deyib. Fazirı Mustafa, eyni zamanda bildirib ki, hansısa ölkələrin ideologiyasını yaymaq üzrə ixtisaslaşan saytlar var. O, ixtisaslaşmanın Azərbaycanın dövlət maraqlarının qorunması baxımından aparılmasının vacibliyini vurğulayıb.

Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Mövcud dini durum və media", Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımoğlu "Dinlərdə multikultural dəyərlər və onun mediada təbliği"mövzularında məruzə ilə çıxış ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm