Daha bir məmur işdən çıxarıldı
Bizi izləyin

Nida.az

Daha bir məmur işdən çıxarıldı

Kənd Təsərrüfatı Nazirliyində kadr islahatları davam edir.



Publika.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Məcidov Rafiq Neymətulla oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.



Nazirlikdən bildirilib ki, Məcidov Rafiq Neymətulla oğlunun fəaliyyəti yüksək qiymətləndirilib, bir aylıq əmək haqqı məbləğində mükafatlandırılıb və ona gül dəstəsi təqdim olunub.



Xatırladaq ki, bir müddət öncə daha iki şöbə müdirinin işinə xitam verilmişdi.

Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmri ilə Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm