Dağlıq Qarabağ üçün “Qazaxıstan payızı”? – ŞƏRH
Bizi izləyin

Nida.az

Dağlıq Qarabağ üçün “Qazaxıstan payızı”? – ŞƏRH

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana və Ermənistana qarşıdakı səfərləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə vasitəçilərin işinin möhkəmləndirilməsinə xidmət edəcək.

Publika.az xəbər verir ki, bunu "Vestikavkaza.ru" saytına açıqlamasında Avrasiya İnstitutunun direktoru Vladimir Lepoxin Nazarbayevin cari ilin payızında Cənubi Qafqaza nəzərdə tutulan səfərini şərh edərkən deyib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması Nazarbayevin Bakı və Yerevanda aparacağı danışıqların ən aşkar mövzusudur.

"Mənim fikrimcə, hazırda narahatlıq yaranıb ki, Rusiya tək aktiv vasitəçidir və Dağlıq Qarabağ probleminin həlli planında çox böyük məsuliyyəti üzərinə götürür. Məsələ ondadır ki, Qafqazda kollektiv Avrasiya təhlükəsizliyinin düsturu iki istiqamətdə formalaşır: Yaxın Şərqin şimal hissəsi və Avrasiya İqtisadi İttifaqının ərazisi. Bütöv kollektiv təhlükəsizliyin formalaşması nöqteyi-nəzərindən düzgün olardı ki, yalnız Putinlə Azərbaycan və Ermənistan rəhbərləri arasında danışıqlar olmasın, danışıqlarda həm də Avrasiya məkanının başqa liderləri, sözsüz ki, Nazarbayev iştirak etsin", - ekspert qeyd edib.

Vladimir Lepoxin vurğulayıb ki, Rusiyanın Azərbaycana silah satışı ilə əlaqədar Ermənistanın bəzi siyasi gücləri Qazaxıstan prezidenti Nazarbayevin vasitəçi rolunun aktivləşməsinə tamamilə bəraət qazandırır: "Fikrimcə, tamamilə səmərəli olardı ki, məhz Qazaxstan prezidenti Dağlıq Qarabağ üzrə Azərbaycan və Ermənistan arasında danışıqların keçirilməsi funksiyasını qismən öz üzərinə götürsün. Qazaxıstan, sözsüz ki, Qafqazda sabitlikdə maraqlıdır. Bu, həmçinin Qazaxıstana birbaşa aid olan kollektiv təhlükəsizlik düsturu ilə izah olunur. Qazaxıstanda siyasi vəziyyəti gərginləşdirmək cəhdləri var. Qazaxıstan maraqlıdır ki, Azərbaycan Xəzər regionu üzrə partnyor olaraq Avrasiya İqtisadi İttifaqının bir hissəsi olsun. Qazaxıstan iqtisadi əməkdaşlıq yol ilə Azərbaycan, həmçinin Avrasiya İqtisadi İttifaqının üzv ölkəsi kimi Ermənistanla əlaqələri inkişaf etdirmək üçün sülhün olmasında maraqlıdır".

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm