Atəşkəsin vaxtı bitir: Azərbaycanı savaşa sürükləyirlər
Bizi izləyin

Nida.az

Atəşkəsin vaxtı bitir: Azərbaycanı savaşa sürükləyirlər

Atəşkəsin vaxtı bitir: Azərbaycanı savaşa sürükləyirlər

Azərbaycanla Ermənistan arasında bağlanmış atəşkəs rejiminin bitməsinə bir ay vaxt qalır.

Publika.Az xəbər verir ki, 1994-cü il mayın 8-də atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkeş protokolu” həmin il mayın 12-də qüvvəyə minib. Müqaviləyə əsasən cəbhə bölgəsində aktiv münaqişə səngiyib. Sənədi ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə Azərbaycan tərəfdən Milli Məclisin o vaxtkı sədri Rəsul Quliyev və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb. Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq “Böyük sülh sazişi”nə imza atmalı idilər. Lakin “Böyük sülh” ələ edilmədi və 20 il müddətə razılaşdırılmış atəşkəs sona çatır.

Məsələ ilə bağlı Publika.Az -a olduqca maraqlı məlumat əldə edib. Diplomatik mənbələrdən əldə etdiyimiz məlumata görə, atəşkəsin sona çatması ərəfəsində Azərbaycana qarşı güclü təxribat hazırlanır. Belə ki, Rusiyanın təkidi ilə erməni hərbi birləşmələri cəbhədə gərginliyi artıracaq, beləliklə də Azərbaycan lokal müharibəyə sürükləyəcəklər.

Mənbə iddia edir ki, Türkiyə Baş naziri Rəcəp Tayyip Ərdoğanın Bakıya səfəri zamanı bu məsələ də əsas müzakirə mövzusu olub. Söhbət Azərbaycanın təhlükəsizliyindən gedir.

Siyasi ekspertlər də dəfələrlə vurğulayıb ki, Rusiyanın Krımdan sonrakı əsas işi Cənubi Qafqaz, xüsusilə Azərbaycan olacaq. Çünki Ermənistan onsuz da Rusiyanındır, Azərbaycanda isə üstünlüyü ələ almaqla həm də Gürcüstanı neytrallaşdırmaq mümkündür. Rəsmi Bakının Ukrayna məsələsində Rusiyanın əleyhinə çıxması Kremlə bəhanə yaradıb. Hazırda mümkün müdaxilənin necə və hardan olacağı dəqiq deyil. Amma məlumata görə, rəsmi Bakı gələn ay cəbhədə arzuolunmaz vəziyyətin yaranacağından narahatdır və buna hazırlıq gedir. Həmçinin paralel olaraq Moskva ilə münasibətlərin isti saxlanılmasına xüsusi diqqət yetirilir. Qərbə hər-hansı ümidin bağlanmayacağını isə Gürcüstandan sonra Ukrayna da sübut etdi.

Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun “Azərbaycan Rusiyanın təzyiqlərinə təkbaşına davam gətirə bilsə, onun nefit Avropaya lazımdır” açıqlaması isə kartları açdı. Yeganə ümid Türkiyə ola bilər. Mənbəyə görə, rəsmi Bakı Rusiya ilə isti münasibətlərin olduğunu israrla desə də təhlükənin yaxın olduğunu hiss edir.

Kremlin ideoloqu Aleksandr Duqinin “Ukraynaya görə Azərbaycan Rusiyaya cavab verəcək” mesajının arxasında Jrinoviskisayağı populizm dayanmadığı da məlumdur.

Mənbə iddia edir ki, bölgədə yeni müharibənin ola biləcəyi ehtimalı yüksəkdir. Onun sözlərinə görə, ola biləcək müharibə qısamüddətli və lokal xarakterli olmaqla Azərbaycanın buxovlanmasına hesablanıb. Atəşkəs vaxtının bitməsi regiondakı geosiyasi duruma görə Rusiyanın xallarının artırır.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm