Nida.az
“ABŞ 300 milyon türkə qarşıdır”
“ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ermənilərin Türkiyəyə qarşı soyqırımı iddiaları ilə bağlı layihəni qəbul etməsinin səbəbi ABŞ-Türkiyə münasibətlərində yaranmış soyuqluqdur”.
Bu barədə BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Publika.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, birmənalı olaraq ABŞ-ın Ərdoğan hökumətinə qarşı apardığı siyasət açıq şəkildə müşahidə olunur: “ABŞ bu kompaniyaya Türkiyədə keçirilən bələdiyyə seçkilərinə 1 il qalmış başlamışdı.
Bütün imkanları ilə səfərbər olunan ABŞ Ərdoğan hakimiyyətinə təzyiq etməkdə idi və bu siyasət yenə davam etmədədir. Münasibətlərin daha da korlanması Misir dövlətində baş vermiş hərbi qiyamdan sonraya təsadüf etdi. Ərdoğan islam təmayüllü Müsəvini müdafiə etdi.
Bu da birbaşa Amerikanın apardığı siyasətə qarşı olmaq demək
idi. Xatırlayırsınızsa, bələdiyyə seçkiləri ərəfəsində Türkiyədə
səs-küylü korrupsiya faktları ilə bağlı hökumət üzvlərinin
övladlarının həbsi, nazirlərinin istefaya getməsi, Ərdoğan
hökumətinin yenidən fomalaşmasına gətirib çıxartdı. Hətta öz yaxın
müttəfiqi olan Fətullan Güllənlə Ərdoğanın münasibətlərinin
korlanması da ABŞ tərəfindən həyata keçirilən siyasət idi”.
N. Orduxanlı hesab edir ki, indi də ABŞ artıq soyqırımı tanımaqla
Türkiyəyə növbəti təzyiq etmək niyyətini güdür.
“ABŞ-ın əsas planı nəyin bahasına olur olsun avqust ayında Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın prezident seçilməməsinə əngəl törətməkdir. ABŞ Ərdoğanın prezident seçilməsini istəmir. Ola bilsin ki, yaxn zamanlarda ABŞ-Türkiyə münasibətləri daha da sərtləşsin.
Lakin bütün bunlara baxmayaraq ABŞ soyqırımı ilə bağlı qəbul etdiyi qərarın birbaşa ABŞ-a qarşı olduğu qənaətindədir. ABŞ erməni soyqırımını Senatın xarici əlaqələr komitəsində tanınması ABŞ-a utanc gətirən bir haldır və heç bir beynəlxalq hüquqa söykənmir. Bütün dünyaya özünü demokratik dəyərləri və insan hüquqlarının qoruyucusu kimi təqdim edən ABŞ dərhal bu qərarı ləğv etməlidir”-deyə o bildirib.
BAXCP rəsmisinin fikrincə, Azərbaycan cəmiyyəti də bu qərardan
ciddi narazılığını ifadə etməlidir: “Onlar bilməlidir ki, komitənin
bu qərarı qardaş Türkiyəyə deyil, dünyada yaşayan 300 milyonluq
türk kökənli insanları özündən narazı salacaq. Bu məsələdə
Azərbaycan türkləri də ABŞ-dan narazı qalacaq”.
Asif
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub