Kərimov ölür, Nazarbayevin həyatı təhlükədə, Mərkəzi Asiyada isə... – ŞOK SSENARİ
Bizi izləyin

Nida.az

Kərimov ölür, Nazarbayevin həyatı təhlükədə, Mərkəzi Asiyada isə... – ŞOK SSENARİ

İslam Kərimovun qəfil xəstələnməsi təkcə Özbəkistan üçün deyil, Mərkəzi Asiya regionu üçün çətin situasiyalar yaradır. Hansı ki, həkimlər özbək prezidentinə beş gün vaxt veriblər. Bu müddətdə o, komadan ayılarsa, deməli yaşayacağına ümid var. Əks təqdirdə, mümkün olmayacaq. Onun ölümü isə regionda problemlərin yenidən baş qaldırmasına səbəb ola, xüsusilə Qazaxıstan üçün çətinliklər yarana bilər.

Publika.az xəbər verir ki, "Alman Dalğası" (DW) radiosunun Mərkəzi Asiya üzrə eksperti Vitali Volkov düşünür ki, Kərimov radikal ekstremistlərin Qazaxıstana keçidinin qarşısını alan əsas güc idi: "İŞİD-in Özbəkistanda varlığı təkzibolunmazdır. Həmçinin, bir-birinə qarşı duran güc strukturlarındakı qruplar da qeyri-sabitlik mənbəyidir. Onlar əsasən Əfqanıstanda qara bizneslə məşğuldurlar. Kərimov indiyə qədər əfqan istiqamətini nəzarəti altında saxlayırdı. Bundan sonra necə olacağını demək çətindir".

Mərkəzi Asiya üzrə rusiyalı ekspert Arkadi Dubnov isə İŞİD-i Özbəkistan üçün daxili təhlükə olaraq görmədiyini bildirib.

"O başqa məsələdir ki, ölkədə hansısa terror aktlarını İŞİD öz üzərinə götürməyə tələsəcək. Bu isə özbək xüsusi xidmət orqanlarına sərf edir. Çünki onlar rejimi sərtləşdirməyə çalışacaqlar. İŞİD faktoru bunun üçün yaxşı fürsət hesab oluna bilər. Klan maraqlarının toqquşması və nəzarət zonalarının yenidən bölüşdürülməsinə gəlincə, hesab edirəm ki, siyasətdə fiqurların dəyişməsi bu güclərin məqsədinə mane ola bilməyəcək".

Qazaxıstanlı ekspert Dosim Satpaev hesab edir ki, İ.Kərimovun sağlamlığında problemlərin yaranması Mərkəzi Asiya liderlərində narahatlıq doğurur: "Bu, həm də onların özlərinin sağlamlığından irəli gəlir. Nursultan Nazarbayev Mərkəzi Asiyada İslam Kərimovdan sonra ikinci patriarxdır. Qazaxıtan Prezidenti Administrasiyasının məlumatlarına görə, Nazarbayev özünü kifayət qədər yaxşı hiss edir. Amma artıq bölgədə "partiarxların payızı" haqda söhbətlər eşidilməyə başlayıb".

MDB ölkələri üzrə ekspert Aleksey Martınov isə Özbəkistanda rəngli inqilablar ssenarisinə toxunub.

Onun fikrincə, Özbəkistanın daxili işlərinə xarici müdaxiləyə imkan vermək olmaz: "Bu, rəngli inqilablara və bütün Mərkəzi Asiyada xaosa səbəb ola bilər. On il əvvəl İslam Kərimov Əndincan hadisələrini sərt yatırdı. İndi bəzi qüvvələr belə cəhdləri həyata keçirməyə çalışacaqlar. Bununla yanaşı, Qırğızıstanla sərhəddə vəziyyət kəskinlə bilər. Özbəkistanda inqilab təşkil etməyə nail ola bilmədilər. Çünki hakimiyyətdə sərt lider var idi. İndi illuziylar yarana bilər ki, bu proses yenidən başlanır".

A.Martınov Rusiyanın və Çinin münasibətinin Özbəkistanda Kərimov sonrası dövr üçün əhəmiyyətli olduğunu qeyd edib. O, Moskva və Pekinin mövqeyinin həmçinin Mərkəzi Asiya regionu üçün də əhəmiyyətli olduğuna diqqət çəkib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm