Almanlar aktivləşir, ruslar cavaba hazırlaşır – qeyri-rəsmi Qarabağ görüşü
Bizi izləyin

Nida.az

Almanlar aktivləşir, ruslar cavaba hazırlaşır – qeyri-rəsmi Qarabağ görüşü

Bu gün Almaniyanın Postdam şəhərində ATƏT-ə üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Publika.az xəbər verir ki, görüşdə təhlükəsizlik məsələləri, həmçinin, silahlanma üzərində nəzarət, terrorçuluqla mübarizə və ATƏT-in XİN rəhbərlərinin 2016-cı ilin dekabrında Hamburqda keçiriləcək görüşünə hazırlıq müzakirə olunacaq.

Məlumata görə, görüşdə Ukrayna böhranı və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi də müzakirə mövzusu olacaq.

Qeyd edək ki, nazirlərin qeyri-rəsmi görüşünün keçirilməsi təşəbbüsü ilə hazırda ATƏT-ə sədrlik edən Almaniya çıxış edib. Bu tədbir ənənəvi deyil, adətən nazirlər ildə bir dəfə – dekabrda bir araya gəlirlər. Əvvəl belə qeyri-rəsmi görüş 2010-cu ildə - Qazaxıstanın quruma sədrliyi dövründə keçirilib.

Görüş nazirlər səviyyəsində nəzərdə tutulsa da, Rusiyanın nazir müavini, ABŞ-ın isə dövlət katibinin müavini səviyyəsində təmsil olunacağ diqqət çəkir. Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbandyan, həmçinin Ukraynanın XİN başçısı Pavel Klimkinin görüşdə iştirakı gözlənilir. Danışıqlar Bakı vaxtı ilə 14:30-da başlanacaq.

Sentyabrın 8-də isə Moskvada Dağlıq Qarabağla bağlı məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskvada Minsk qrupu həmsədrləri növbəti məsləhətləşmələr keçirəcəklər.

"Görüşdə mayın 16-da Vyanada və iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasının gedişatına xüsusi diqqət yetiriləcək", - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm