Nida.az
1 sentyabr Dünya Sülh Günüdür - FOTOLAR
.jpg?v1751997848)
Almaniya 1 sentyabr 1939-cu ildə Polşanı işğal etdi. Bu eyni zamanda arxasında 52 milyon ölü, milyonlarla yaralı və xarabalıq yığınına dönən şəhərlər qoyan İkinci Dünya Müharibəsinin başladığı tarix oldu. Müharibə sona çatdıqdan sonra isə dağıntıların izlərinin silinməsi üçün 1 sentyabr "Dünya Sülh Günü" elan edildi.
Aradan illər keçsə də, dünyada cərəyan edən inkişafa baxdığımızda insanlığın bu böyük faciədən dərs almadığını görürük...
Müharibələrdən ən çox zərər çəkən dünən olduğu kimi bu gün də uşaqlardır. Bəzisi hələ yeriməyi öyrənməmiş sonu gəlməyən bir sürgün həyatına məhkum edilir, bəzisi də bombaların və bombaları istiqamətləndirən axmaq siyasətin hədəfi olub ölür.
Biz isə yaşananları təxəyyül etməkdən əlavə bir görüntünün təsiri qədər onların aldığı zərbələrdən xəbərdar ola bilirik.
5 yaşındakı Ümran Hələbdəki hava bombardmanından sonra yaşadığı evin dağıntıları altından çıxarılıb. Savaş və köç fotoşəkilləri də istehlakın bir parçası olub ani reaksiya ilə çox danışılsa da, tez unudulur.
Kiçik bədəni Bodrumda sahilə çıxan 3 yaşındakı Aylan. Bu barədə düşünürükmü, ya da davamlı olaraq düşünürükmü?
Şəklini görməyəndə orada bir müharibə olmadığını, insanların ölmədiyini düşünə bilərsiniz. Amma vəziyyət təəssüf ki, elə deyil. Suriyalı uşaqların taleyi: ölkədə qalsan – Ümran, getsən – Aylan...
Tutaq ki, gedə bildin. Müharibəyə görə ölkələrini tərk edib Almaniyaya sığınan 9 min uşaq itkindir.
BMT-nin məlumatlarına görə, hər 3 saniyədə bir uşaq qaçqın düşür. İnsanlıq bu sualları özünə verməlidir: "niyə"' və "nə üçün?"
UNICEF-in keçən il hazırladığı sənədə görə 1 milyon 600 min uşaq təhsildən məhrum şəkildə böyüyür. 6 milyondan çox uşağın yardıma ehtiyacı var. Savaş sahəsini tərk edib başqa ölkələrə qaçqın olaraq gedənlərin yüzdə 56 faizi uşaqdır və bu uşaqların 4 mindən çoxu yalnız yaşayır.
Suriyadakı döyüşdə 21623 uşaq həyatını itirdi
Dünya Sülh Gününüz Mübarək!
Əli

-
Qoroskop21:12
Ayın 10-u bu bürcün həyatı dəyişəcək
-
Yaxın Şərq21:00
İran İsrailin bu strateji obyektlərini vurub - Təl-Əviv ilk dəfə TƏSDİQLƏDİ
-
İdman19:24
Dəhşətli faciənin ilk təfərrüatı - Futbolçu qardaşların yanaraq öldüyü qəza necə baş verib?
-
Dünya17:58
Dünyanın ən toxunulmaz əraziləri: Göydən də qorunur, üzərindən uçuş qadağandır - FOTOLAR
-
Rəsmi xronika17:05
İlham Əliyev 2 fərman imzaladı
-
Maraq dünyası16:07
Göydə üzən sərvət: ABŞ arxasınca raket göndərdi - Bu tarixdə çatacaq
-
Sosial14:53
Əli Əsədov yeni qərar imzaladı
-
Region14:27
Paşinyanın adamı ermənilərə vəd verdi: Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq